BolgeXeber.Com » BÖLGƏ TV » Prezident İlham Əliyev Əhməd Davudoğlu ilə görüşdü

Prezident İlham Əliyev Əhməd Davudoğlu ilə görüşdü

11-06-2013, 17:10
Oxunub: 4 954 Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Lent.az-ın məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyədə görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət etdiyi bildirilib. Söhbət zamanı son vaxtlar Bakıda keçirilən mühüm beynəlxalq tədbirlərin ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

İ.Əliyev Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.