BolgeXeber.Com » Fotoqalereya » Rusiyanın ən cazibədar deputatı və prezidentin sevgilisi –FOTOLAR

Rusiyanın ən cazibədar deputatı və prezidentin sevgilisi –FOTOLAR

12-06-2013, 10:25
Oxunub: 7 982 Rusiyanın tanınan qadın simalarından biri də Alina Kabaevadır. Alina Kabaeva Rusiyanın məhşur gimnastı olmaqla yanaşı, həm də gözəl və cazibədar millət vəkilidir.

O, 1983-cü ildə Özbəkistanın Daşkənd şəhərində anadan olub. Uşaqlıqdan gimnastika ilə məşğul olub. 2004-cü ildə isə Olimpiya çempionu olub. 2007-ci ildə isə Rusiyada deputat vəzifəsinə seçilib.

Bu barədə heç bir açıqlama verilməsə də gəzən söz-söhbətlərə görə, Alina Kabaeva ilə Vladmir Putin arasında sevgi münasibətlər var. Özü isə bütün müsahibələrində bu məlumatı qəti şəkildə inkar edir və onların münasibətlərini sübut edən heç bir dəlilin olmadığı deyir. Hətta 2009-cu ildə “The New Times” qəzəti belə bir xəbər yaymışdı ki, Alina Kabaevanın V. Putindən övladı dünyaya gələcək. Hazırda Rusiya prezidenti V. Putinin boşanmasının səbəbini də Alina Kabayevanın adı ilə bağlayırlar.

Alina Kabaeva idman həyatından sonra siyasi xadim kimi fəaliyyətə başlayıb. Alina Kabaeva siyasi həyatda da uğur qazanmasının səbəbini güclü qadın və güclü xarakterə malik olması ilə əlaqələndirir. “Düşünürəm ki, güclü qadın hər bir işdə uğur qazana bilər. Əsas odur ki, özünə güvənəsən. Özünə güvənən qadın isə həm idman həyatında, həm siyasətdə, həm də digər sahələrdə nailiyyət əldə edə bilər. Bununla yanaşı, öz gözəlliyini, cazibədarlığını və xanımlığını da qoruyub saxlaya bilər .”

Alina Kabaeva həmçinin teleaprıcı kimi də fəaliyyət göstərib.

Alina Kabaeva geyimlərində daha çox sadəliyə üstünlük verir. Makiyajdan çox az istifadə edir. Geyimlərində sevdiyi tül və naxış olan detallar isə görünüşünə xüsusi zəriflik qatır. Kürklər, qış fəslində rus qadınlarının əksəriyyəti kimi onun da qarderobunun ayrılmaz bir parçasıdır.

Ən sevimli zinət əşyası mirvarilərdir
Ən çox sevdiyi rəng isə qara və bənövşəyidir.
publika.Az