BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanlılar Ermənistan sərhədini keçib

Azərbaycanlılar Ermənistan sərhədini keçib

21-06-2013, 12:45
Oxunub: 4 888 iyun ayının 7-si tarixində iki nəfər Azərbaycan vətəndaşı Ermənistan sərhəddini yararaq tarixi, əzəli torpaqlarımız olan Qarakilsə (Sisyan) rayonuna keçiblər. Mahir və Fazil adlı iki soydaşımız sözügedən rayonun Murxuz kəndi ərazisində yerləşən "Qirxlar" pirinə gedərək o müqəddəs yeri ziyarət ediblər. Onlar həyatlarını böyük riskə ataraq düşmən nəzarəti altında olan torpaqlarımızı ziyarət edib və bu səfərləri boyu video çəkiliş aparıblar.