BolgeXeber.Com » İdman » Droqbadan məşhur basketbolçu Lebron Jamesə maraqlı mesaj!

Droqbadan məşhur basketbolçu Lebron Jamesə maraqlı mesaj!

22-06-2013, 13:40
Oxunub: 5 263 NBA finalını tamaşaçı kimi izləyən Didye Droqba matç qurtarandan sonra “Maykl Cordan ,yoxsa Lebron James?” müzakirələrinə qatılıb, " Lebron böyük oyunçudur, amma məncə Jordan səviyyəsinə gəlməsi üçün daha çox çörək yeməsi lazımdır" -deyib

Qalatasarayın Fildişi Sahilli futbolçusu Didye Droqba tətilini keçirdiyi ABŞ-da da idmandan uzaq qalmayıb. Basketbola böyük maraq duyduğu bilinən ulduz futbolçu, “Miami Heat” ilə “San Antonio Spurs” arasındakı final görüşünü tribunadan canlı olaraq izləyib. Droqba, “Miami Heat”ın “San Antonio Spurs”u dünən gecə məğlub edərək çempionluğa çatdığı matçdan sonra görüş barəsində öz fikirlərini bölüşüb.

BBC-yə danışan sarı -qırmızılı oyunçu, əvvəlcə yoldaşları ilə birlikdə ABŞ-da çox yaxşı vaxt keçirdiyini söylədi. Miami-Spurs matçlarının çox gərgin keçdiyini və oyunu izlərkən böyük kef aldığını dilə gətirib. Basketbolda son illərin ən əhəmiyyətli müzakirə mövzusu olan “Lebron James yaxşımı,yoxsa Maykl Cordan?” polemikasına da qatılan Droqba, Lebron Jamesin oyununu izləməkdən böyük bir zövq aldığını etiraf edib. Fildişi Sahilli ulduz, " Lebronun Maykl Cordana oxşamağa çalışması qəti. Bu yolda o irəliləyir və özünü inkişaf etdirir. Ancaq məncə o səviyyəyə gəlməsi üçün daha çox çörək yeməsi lazımdır "-deyib.
Əli Mahmudoğlu
Qafqazregion.az