BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda dəhşətli qəza - 6 nəfər yanaraq öldü- Video

Azərbaycanda dəhşətli qəza - 6 nəfər yanaraq öldü- Video

23-06-2013, 08:30
Oxunub: 4 738 Azərbaycanda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, yol nəqliyyat hadisəsi Bakı-Qazax yolunun 420-ci kilometrliyində, Tovuz rayonunun Qovlar kəndi ərazisində qeydə alınıb.


«47 BA 087» dövlət qeydiyyat nişanlı «VAZ 2106» markalı avtomobil, «90 BV 153» dövlət qeydiyyat nişanlı «Ford» markalı yük avtomobili, «Hyundai» markalı minik avtomobili ilə toqquşaraq yanıb.
Qəza nəticəsində «VAZ 2106» avtomobilində olan 1991-ci il təvəllüdlü Tovuz rayon sakini Elmar Fazil oğlu Məmmədov və dayısı oğlu 1985-ci il təvəllüdlü Abbasov Turab Namiq oğlu, şəxsiyyəti məlum olmayan daha bir nəfər və Hyundai avtomobilində 2 nəfər, Ford markalı yük avtomobilində şəxsiyyəti hələlik müəyyən olmayan azyaşlı uşaq vəfat edib.
Polisdən həmçinin bildirilib ki, qəza zamanı «Hyundai» və «Ford» markalı avtomobillər yandığından, ölən 4 nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Hər üç avtomobil yandığı üçün ölən şəxslərin bəzilərinin şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.