BolgeXeber.Com » İdman » Roberto Carlosa görə dünyanın ən yaxşı sol müdafiəçisi...

Roberto Carlosa görə dünyanın ən yaxşı sol müdafiəçisi...

23-06-2013, 15:35
Oxunub: 5 308 "Sivasspor”un texniki direktoru Roberto Carlos, dünyanın ən yaxşı sol müdafiəçisinin ,“Real” Madridin Braziliyalı futbolçusu Marcelo olduğunu söyləyib.

Marcelonun “Real” Madriddə müdhiş bir inkişaf etdiyini ifadə edən Carlos, "Marcelo hər keçən gün özünü bir az daha inkişaf etdirir. Marcelo, Reala çox gənc yaşda gəldi, ancaq hər cür təyziqlərə üstün gəldi və “Real”a uyğunlaşmağı bacardı. Hal-hazırda da həqiqətən böyük bir oyunçu olduğunu sübut edir- "deyib.

Braziliyada keçirilən Konfederasiya Kuboku haqqında da danışan Carlos, "Braziliya çox yaxşı bir komandadır və turnirin sonuna qədər də ən yaxşı şəkildə mübarizə edəcək. Turnirdə İtaliya və İspaniya kimi çox güclü və mürəkkəb komandalar var. Braziliya da çox güclüdür və Felipe Skolari ilə daha da güclənib. Bu ana qədər yaxşı oynadıq və bu komandanın hər kəsi yenə biləcəyini düşünürəm. "-şəklində danışıb.