BolgeXeber.Com » Müsahibə-Reportaj » Misir Mərdanov söz verdi

Misir Mərdanov söz verdi

6-05-2011, 19:45
Oxunub: 6 116
“2013-cü ilə qədər Azərbaycanda qəzalı məktəb binası qalmayacaq”.

Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. “Bu problemin həlli ilə bağlı Prezidentin xüsusi tapşırığı var. İki gün əvvəl isə Bakı və ətraf qəsəbələrlə bağlı qərar verilib. Yaxın günlərdə ölkənin təhsil müəssisələri binalarının bərpası, yenidən qurulması və əsaslı təmiri ilə bağlı qərarın qəbulunu gözləyirik", - Mərdanov deyib.

Təhsil nazirinin sözlərinə görə, ölkədə qəzalı məktəb binalarının sayı 600-dən çoxdur. Qəzalı vəziyyətdə olan bağça və peşə məktəbləri binalarının sayı isə daha çoxdur.

Nazir deyib ki, sel basmış rayonlarda yeni məktəb binalarının tikintisi bitmək üzrədir. Yeni tədris ilinədək inşaat işləri başa çatacaq.