BolgeXeber.Com » BÖLGƏ TV » Duzsuz yeməyə görə arvadını öldürən şəxs intihar etdi- Video

Duzsuz yeməyə görə arvadını öldürən şəxs intihar etdi- Video

23-06-2013, 17:20
Oxunub: 4 288 İyunun 21-də həyat yoldaşını öldürən şəxsin özünü Kürə ataraq intihar etdiyi məlum olub.
Bolgexeber.com xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, 1958 ci il təvəllüdlü Qismət Əlibala oğlu Əliyevin meyiti Kür çayının Şirvan şəhərindən keçən hissəsində tapılıb. Q. Əliyevin intihar etdiyi güman edilir.

Qeyd edək ki, Q.Əliyev iki gün öncə Sabirabad rayonunun Ətçələr kəndində həyat yoldaşı, 1958-ci il təvəllüdlü Sevil Vəli qızı Əliyevanı bıçaqlayaraq qətlə yetirmişdi.