BolgeXeber.Com » BÖLGƏ TV » Qalmaqallı DADP-nin rayon təşkilatının keçmiş sədri danışdı-Video

Qalmaqallı DADP-nin rayon təşkilatının keçmiş sədri danışdı-Video

24-06-2013, 09:55
Oxunub: 5 448 Bildiyiniz kimi bir müddət əvvəl mətbuatda Demokratik Azərbaycan Dünyası Partiyası adından Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi haqda məlumatlar yayıldı və artıq neçə gündür ki,gündəmi zəbt edən bu məsələ sabiq partiyadaşlarının qarşılıqlı ittihamlarına səbəb olub. Belə ki, Demokratik Azərbaycan Dünyası Partiyası adından Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ardınca təşəbbüs müəllifinin opponentləri Sevda Xurşudovanı partiyanın adından qanunsuz istifadə etməkdə suçlayıblar və partiyanın yeganə namizədi prezident İlham Əliyevin olduğunu deyiblər.
Öz növbəsində Sevda Xurşudova Demokratik Azərbaycan Dünyası Partiyasını qanuni təmsil etdiyini deyərək ittihamları rədd edib və namizədin seçimi barədə qərarın aşkar olduğunu deyib. Bir partiya adından iki namizədin irəli sürülməsi qarşılıqlı ittihamları kəskinləşdirib. Qeyd edək ki, DADP bir neçə il əvvəl yaradılıb Ötən il bu partiya ətrafında qalmaqallar baş verdi. DADP sədri M.Əlizadə istefa verdi və yerinə Mirkazım Seydov adlı birisini seçdirdi. Mətbuat yazdı ki, M.Əlizadə sədr postunu ona pulla satıb. Ehtimal edilirdi ki, M.Əlizadənin partiyadan getməsi onun DADP-ni hakimiyyətin digər qanadına “satması” ilə bağlıdır. Mətbuatda hakimiyyətin digər qanadından M.Əlizadəyə bu məqsədlə “maşın və ev verildiyi” haqda xəbərlər dolaşmağa başladı. Daha sonra M.Seydidovla M.Əlizadə arasında qalmaqallar yarandı, M.Əlizadə ondan partiyanın möhürünü və ştampını geri aldı, özü DADP-nin fəxri lideri statusunu aldı və partiyada ona yaxın yeni sədr seçildi.
M.Əlizadə açıqlamsında bildirib ki,ilyarımdır DADP ilə əlaqələrini kəsib və hazırda DADP adına iddia edən iki qrup var: Qruplardan birinə Fatma Əliyeva, digərinə Əlisahib Hüseynov adlı şəxslər sədrlik edirlər.
İndi isə belə məlum olur ki, M.Əliyevanın namizədliyini irəli sürənlər DADP-nin parçalanmasından sonra yaranan yeni “qanadın” təmsilçiləridir. “Azadlıq” radiosu DADP-nin mətbuat katibi Esmira Şükürovdan məsələ ilə bağlı rəy alıb.
E.Şükürova M.Əliyevanın namizədliyini irəli sürənlərin vaxtilə partiyadan çıxarılmış və eyni adla partiya yaradanlar olduğunu deyir.
Məsələnin ictimaiyyətdə böyük maraq doğurmasını nəzərə alaraq biz partya ilə bağlı bir çox naməlum məqamları aydınlaşdırmaq məqsədilə DADP-nin keçmiş üzvü tanınmış jurnalist Mahmud Tağıyevə müraciət etdik.
Xatırladaq ki,Qafqaz Region İB-in sədri,Qafqzazregion.az xəbər portalının baş redaktoru Mahmud Tağıyev 2008-ci ildə DADP-nin Xətai rayon təşkilatının sədri seçilmişdir. Özü ilə birlikdə bu partiyaya çoxlu sayda üzv gətirən Mahmud Tağıyev məsələ ilə bağlı açıqlamasında bunları dedi:” Partiya yaranan zaman mən onun Xətai rayon təşkilatının sədri seçildim və Xətai rayonunda partiyanın təşkilatçılığı ilə bağlı böyük işlər gördük. İlk zamanlar əsas işimiz partiyanın təbliğatından ibarət idi.Çünki bu partiyanı Xətai rayonunda tanıyan az idi. DADP-nin rayon təşkilatının konfransını yüksək səviyyədə keçirtdik və həmin konfransda yekdilliklə rayon təşkilatına sədr seçildim. Bildiyiniz kimi mən siyasətə qoşulmazdan əvvəl bir müddət hüquq -mühafizə orqanlarında çalışmışam və mənim partiya,ümumiyyətlə təşkilatçılıq işinə sağlam marağım var idi. Mən rayon təşkilatına sədr seçiləndə,daha çox başa düşdüm ki, siyasət özü bir böyük sənətdir.
Siyasət aləmində təbliğat,təşkilatçılıq və partiyanın ideoloqiyası böyük rol oynayır. Düzdür, partiyanın sədri Məmməd Əlizadə ilə mənim fikir ayrılığım yarandığndan sonradan partiya sıralarından istefa verdim,ancaq siyasətdə kifayət qədər təcrübə qazandığıma görə həmin dövrü özüm üçün faydalı hesab edirəm. Yəni bu gün ,partiya üzvü partiya sistemində mövcud olan yuxarıda qeyd etdiyim üç əsas məsələnin öhdəsindən gəlirsə deməli hər zaman hər bir şəxs partiya təsis edib tutduğu istiqaməti uğurla inkişaf etdirə bilər. Mənim adıçəkilən partiyaya üzv olmaq səbəbinə gəlincə isə onu deyə bilərəm ki, məni bu partiyaya bir nəfər hörmətli şəxs dəvət etmişdir və o partiyanın təbliğatını layiqincə yetirdiyinə görə, mən onun təsiri altında rayon təşkilatının sədri seçilməyə razı olmuşdum. Mən o şəxsin adını çəkməyəcəm,çünki, mən bilirəm ki,o şəxs o partiyaya elə -belə gəlməyib.
O partiyada özünün müəyyən missiyasını yerinə yetirirdi.Həmin şəxs hal-hazırda vəzifə sahibidir .Lakin onun adını ona görə çəkmirəm ki,bu onun karyerasına xələl gətirə bilər. Ancaq qeyd edim ki,həmin şəxs partiya sıralarına necə gəlmişdirsə elə də səssiz-səmirsiz getdi. Hətta gedəndə partiyanın arxivindən öz şəxsi anketini də çıxartdı ki, bu məlumatları nə vaxtsa kimsə sonradan ona qarşı kompramat kimi istifadə edə bilməsin. Onu DADP-də yalnız iki nəfər tanıyırdı mən və məndən əvvəl Xətai rayon təşkilatının sədri olan Dərgah adlı şəxs. Ancaq bu deyilənlərə rəğmən elə bilməyin ki,partiyanın sədri Məmməd Əlizadə siyasətdə mənim müəllimim olub.
Mən həmin partiyada təşkilat sədri olduğum müddətdə mənim məsələlərə öz şəxsi və müstəqil baxışım olub və partiyada da necə deyərlər müəllimim elə özüm olmuşam”Bəs partiyaya daxil olmaqda məqsəd nə idi ?-sualına isə baş redaktor bildirdi ki, partiyaya “yağlı xörək iyinə” gələn əksəriyyətdən fərqli olaraq o partiya işinə təcrübə qazanmaq üçün qoşulub.”Gözlənildiyi kimi partiyaya şəxsi maraqlarını güdərək gələnlər,partiyadan maddi cəhətdən yararlanmaq istəyənlər gəldikləri kimi də pərişan olub çıxıb getdilər. Ancaq mənim partiyadan getməyimin səbəbi tamam başqa xarakter daşıyıb.Bununla belə buna ehtiyac olarsa mən öz tərəfdarlarımla partiya təsis edib asanlıqıla siyasətlə məşğul ola bilərəm. Bu gün rəhbərlik etdiyim xəbər portalı,qəzet özü də yeni bir partiyanın yaradılmasına xidmət edən, ona zəmin olan ilk addımlar sayıla bilər.
Yəni,əslində mətbu orqan partiyanın yenicə közərən balaca bir özəyidir. Xatırladım ki, partiyada təşkilat sədri olarkən mənim səylərim,təşkilatçılıq bacarığım sayəsində partiyaya çoxlu sayda elm adamları,ziyalılar üzv olmuşdu ki,onların arasında başqa millətlərdən olan, cəmiyyətdə böyük çəkiyə malik olan şəxslər də az deyildi. Xətai rayon təşkilatının möhtəşəm konfransının videogörüntülərindən də açıq görünür ki,mən özümlə bu partiyaya nə gədər insan cəlb etmişəm və o zaman biz heç də zəif gücə malik deyildik. Qeyd edim ki,partiyaya üzv olanlar müxtəlif yaş kateqoriyalarına malik idilər: partiyada gənçlər də, orta yaşlılar da ,yaşlılar da təmsil olunurdular,üzvlərimizn arasında qadınlar da az deyildi. Ancaq qeyd etdiyim kimi mənim Məmməd Əlizadə ilə fikirlərim üst-üstə düşmədiyindən, mən 2008-ci ildə partiyadan istefa verdim.”-baş redaktor Mahmud Tağıyev bildirdi.Partiyanın hazırkı durumuna isə baş redaktor “Həmin partiyadan çoxları bu gün də biznes məqsədi ilə istifadə edir.
Əlbəttə həmin şəxslər obrazla desək, gecə yuxuda gördüklərini də səhər partiyanın iclasında müzakirəyə qoya bilərlər, gündəmdə qalmaq üçün siyasi şoularla cəmiyyətdə müvəqqəti maraq oyada bilərlər,ancaq bu kimi üsullarla heç zaman cəmiyyətdə özlərinə hörmət qazana bilməzlər.Siyasət nə qədər çirkli sayılsa da təmizliyi sevir. Mən DADP-də olmağıma heç vaxt peşman olmamışam,çünki mənim üçün DADP, hüquq- mühafizə orqanlarında kı məktəbdən sonra ikinci məktəb olub. YAP-ın sözcüsünün DADP ilə bağlı dediklərini nəzərə alaraq,qeyd etmək istəyirəm ki,mən DADP-yəcən heç bir partiyanın üzvü olmamışam.”deyə Mahmud Tağıyev münasibət bildirib.Sonda isə oxucuların marağını nəzərə alaraq biz adıçəkilən həmin konfransın videogörüntüsünü sizə təqdim edirik:
Bolgexeber.com