BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda ayı insanları bu hala saldı – Fotolar-Video

Azərbaycanda ayı insanları bu hala saldı – Fotolar-Video

24-06-2013, 11:30
Oxunub: 5 376 Azərbaycanda ayı insanlara hücum çəkib.
Hadisə Şamaxıda baş verib. Saat 21:30 radələrində Qala dərəsi kəndində toy zamanı ayı qəflətən insanlara hücum çəkib. Heyvan 1995-ci il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edilib. Ayı qızın döş qəfəsini cırmaqlayıb.
Daha sonra kənddəki tövləyə girən heyvan bir inək və bir eşşəyi parçalayıb. Bununla da sakitləşməyən heyvan Keşmədin kəndinə keçib. Ayı kəndin girişində qoyun otaran çobana hücum çəkib. 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib ayını görən kimi əlindəki çomaqla müdafiə olunmağa başlayıb. Nəticədə ayı onun bədəninin müxtəlif yerlərinə 10-15 cırmaq atıb. Sahib Allahverdiyev kəndə qaçmağa müvəffəq olub.
Burada dərhal onu xəstəxanaya aparıblar. Fəridə Nuriyeva da təcili olaraq xəstəxanaya çatdırılıb. Hazırda hər iki şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Bolgexeber.com "Qafqazinfo"-a istinadən hadisə zamanı çəkilən foto və videoları təqdim edir: