BolgeXeber.Com » BÖLGƏ TV » Sahibsiz itlərin kompakt məskunlaşdığı “kreativ” şəhər –Sumqayıt-Video-Fotolar

Sahibsiz itlərin kompakt məskunlaşdığı “kreativ” şəhər –Sumqayıt-Video-Fotolar

24-06-2013, 12:25
Oxunub: 5 627 Şəhərdə qaranlıq düşən kimi, insanlar küçəyə çıxa bilmirlər

Bolgexeber.com bildirir ki,Sumqayıtda sahibsiz itlərin insanlara hücum etməsi halları çoxalmağa başlayıb. Azğınlaşmış sahibsiz itlərin bəzən hətta binaların bloklarına da girməsinin müşahidə edilməsi bildirilir. Bu barədə Bolgexeber.com-a məlumat verən şəhər sakinlərinin bildirdiyinə görə, son dövrlər sayları xeyli artansahibsiz itlərə qarşı tədbir görülməməsi nəticəsində yaşanan olaylarla bağlı rəsmi qurumlara müraciət ediblər. Amma hələ də məsələnin müsbət həlli istiqamətində işlər görülmür,icra hakimiyyəti nədənsə həyacan təbili çalmağa tələsmir.

Sakinlər bildirirlər ki, qaranlıq düşən kimi, Sumqayıtdakı 9, 10, 11, 12, 13, 17 və 18-ci mikrorayonlarında, Corat və başqa ərazilərdə sahibsiz itlər kütləvi surətdə peyda olmağa başlayır. Ümumiyyətlə Sumqayıt sahibsiz itlərin çox kompakt şəkildə məskunlaşdığı bir şəhərdir. Artıq iş o yerə çatıb ki, bu heyvanlar bağlara, bağçalara doluşaraq insanların həmin yerlərə çıxmasına imkan vermirlər. Hətta onların sürü şəklində qaranlıqda insanlara hücum etmələri halları da müşahidə olunmaqdadır. Sumqayıtda itlər nəinki yaşayış məntəqələrinin yaxınlığında hətta bir çox dövlət idarələrinin düz qabağında günün günorta cağı var-gəl edirlər.Sahibsiz itlərə o qədər “azadlıq” verilib ki, onlar nəinki gecələr, hətta gündüzlər belə binanaın bloklarına girir, uşaq bağçalarının, məktəblərin, stadiyonların, binaların həndəvərində və qabağında bəzən isə mərkəzi yerlərdə yolun ortasında rahatca var-gəl edirlər. Sumqayıtlılar şikayət edirlər ki, itlərdən insanlara yoluxucu xəstəliklər yayılır və artıq çoxlu sayda sakin itlərdən cürəbəcür xəstəlik tapıb. Düzdür bir müddət əvvəl mətbuatda Sumqayıt şəhərində 65 sahibsiz heyvan öldürülməsi haqda informasiyalar getmişdir. Canlı Aləmin Mühafizəsi Alyansın rəhbəri Mənsurə Rəsulzadənin dediyinə görə icra başçısı Eldar Əzizov göstəriş verib ki, şəhərdə bir dənə də olsun it-pişik qalmasın və Bütün heyvanları dəniz sahilinə aparıb güllələsinlər. “Bu, əsl soyqırımdır” deyə Mənsurə Rəsulzadə deyib. Onun bildirdiyinə görə hətta Sumqayıtda yaşayan Lada Penkola adlı heyvansevər itlərin və pişiklərin güllə ilə öldürülməsinə etiraz edərkən İcra Hakimiyyəti işçilərinin göstərişi ilə polis idarəsinə aparılıb:“Lena Penkola küçə itlərinin toplu yaşadıqları ərazidən aparılmasına etirazını bildirmək üçün şəhər icra hakimiyyəti əməkdaşlarına yaxınlaşıb. Lena onlara xatırladıb ki, Azərbaycan Avropa Ev Heyvanlarını Müdafiə Konvensiyasına qoşulub və bu konvensiyaya görə heyvanların öldürülməsi yasaqdır, dövlət onları himayə etməlidir. Buna baxmayaraq İcra Hakimiyyətinin çağırdığı polislər Ladanı polis bölməsinə aparıblar. Bir neçə saat saxlandıqdan sonra o sərbəst buraxılıb”.
Mənsurə Rəsulzadənin sözlərinə görə, dövlət büdcəsindən bununla bağlı böyük vəsait ayrılır:“Hər heyvanın məhvi üçün 30 manat vəsait ayrılır. Təkcə 2010-cu ilin statistikasına görə Bakıda 79 min küçə heyvanının öldürülməsi haqqında statistika var. 79 min heyvan heç Azərbaycan ərazisində yoxdur. Bunlar hamısı saxtalıqdır. Görün o hesabla nə qədər dövlət vəsaiti saxta yollarla mənimsənilir”. Alyans rəhbəri onu da bildirir ki, 2010-ci il hesabatını açıqlayıb tənqidi fikirlərini səsləndirəndən sonra 2011-2012-ci ildəki statistikanı ona verməkdən imtina ediblər. Həqiqətən də Azərbaycan 2003-cü ildə bu konvensiyaya görə heyvanlara nəzarət əzab, ağrı və stress doğurmayan üsulla həyata keçirilməlidir.,onlara da xüsusi poliqon,sığınacaq ayrılmalıdır.Ancaq Azərbaycanda küçə itləri və pişikləri müayinə etmədən, xəstə və ya sağlam olmasını yoxlamadan güllələyirlər, öldürülmüş heyvanları isə yandırırlar ki, bu da əlbəttə qanunsuzdur.Sahibsiz itlərin həqiqətən öldürülüb-öldürülməməsini deyə bilmirik ancaq reallıq odur ki, sahibsiz itlərin sayı günü-gündən artır. Sakinlərin bildirdiyinə görə vəziyyət zərrə qədər də dəyişməyib.İtlər şəhərdə əvvəlkindən də rahatca və çoxsaylı şəkildə sülənirlər .Yaxşı ki,deyirəm,itlərin,heyvanların müdafiəsinə qalxan ,onlara sahib çıxan tapılır,bəs görəsən şəhər adlanan yerdə sahibsiz itlərdən əziyyət çəkən onminlərlə insanın- sumqayıtlının hüquqlarını kim qoruycaq,onlara kim sahib çıxacaq?!Necə olur ki,heyvanların hüquqlarını qoruyan təşkilatların,heyvansevərlərin səsi az da olsa eşidilir,ancaq “insansevər” vətəndaşların sahibsiz itlərlə bağlı probleminə ümumiyyətlə baxılmır?! Əlbəttə sahibsiz itlər də yazıqdır,ancaq məgər insanlar daha yazıq deyillər?! Biz demirik ki, heyvanlar heyvan kimi ,qeyri-humanist yanaşılsın.Biz istəyirik bu şəhərdə yaşayan insanalara insan kimi yanaşılsın. Hər halda icra hakimiyyəti istəsə bu problemi sivil qaydada çox asanlıqla həll edə bilər.Maraqlidir bir müddət əvvəl prezident Sumqayıta ,12-ci mikrorayonda əlillər üçün inşa edilən yaşayış binasının açılışına gələrkən Dəmiryolu vağzalına yaxın olan yolun ətrafındakı sahibsiz itləri kütləvi surətdə qırmışdılar ki,onılar təsadüfən sürətlə gedən prezident kartejinin qabağına çıxıb problem yaratmasınlar.Ən maraqlısı isə odur ki,həmin itlərin leşləri uzun müddət ərzidən yığışdırılmadı,onlar uzun müddət ətrafa pis qoxu verdi və yoluxucu xəstəliklərin yayılmasına şərait yaratdı.Yaınız sonradan ,ətrafda yaşayan sakinlərin şikayətlərindən sonra boş ərazi öldürülmüş it leşlərindən təmizləndi.

.

Xatırladaq ki, hələ ötən ilin martında Bağlar massivində 1957-ci il təvəllüdlü Rüstəm Quliyevi it dişləməsi nəticəsində quduzluq xəstəliyinə tutularaq, dünyasını dəyişib. Bundan başqa, Sumqayıtda son bir neçə ay içində it dişləməsi ilə əlaqədar xəstəxanalara gətirilənlərin də sayının az olmadığı bildirilir. Bu yaxınlarda isə Cəlilabad rayonu Hacıismayıllı kəndinin 11 yaşlı sakini Sübhan Abbasov yaşadığı kənddə sahibsiz it sürüsünün hücumuna məruz qalıb. Azyaşlının ayaqlarını, eləcə də bədəninin müxtəlif nahiyyələrini parçalayan quduzlaşmış itlər onun sağ qolunu da sındırıblar. Xoşbəxtlikdən ətrafda təsərrüfat işləri ilə məşğul olan kənd sakinləri 11 yaşlı Sübhanın qışqırıq səslərini eşidərək onu itlərin caynağından xilas edə biliblər. Onu da deyək ki, sivil ölkələrdə küçədə yaşayan heyvanları heç vaxt öldürmürlər, yəni dünya praktikasında sahibsiz küçə heyvanlarını ya xüsusi yerlərdə saxlayır, gündəlik yeməklərini verirlər, ən pis halda isə quduzluq əleyhinə vaksinasiya edir, sonra da axtalayıb buraxırlar

Qeyd edək ki, bir zamanlar sahibsiz itlərə qarşı Sumqayıtda Ovçular İdarəsi məşğul olurdu. Sovet dönəmində sahibsiz itlərin sayının artmasını və quduzlaşma hallarının qarşısını almaq üçün xüsusi qruplar ən azı ildə iki dəfə şəhərdə reyd keçirirdi. Belə ki, onlar xüsusi icazə əsasında sahibsiz itləri vururdular. Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin fəaliyyəti son illər Bakıda qismən hiss olunsa da, digər şəhərlərdə qətiyyən hiss olunmur.O cümlədən Sumqayıtda nə belə bir idarənin olduğunu bilən var, nə də sahibsiz itləri küçədən təmizləməklə məşğul olan başqa bir dövlət qurumu.

Vətəndaşların şəhər İcra Hakimiyyətinə etdiyi müraciətlərə isə baxan yoxdur. Ümumiyyətlə,sakinlərin bildirdiyinə görə Eldar Əzizov icra başçısı qoyulan gündən indiyənəcən sahibkarların və büdcə israfı hesabına xırda-para abadlıq işlərini nəzərə almasaq, yaddaşda daha çox sahibkarların və onların əmlaklarının qənimi kimi qalıb. Şəhər sakinləri bildirirlər ki, dükanların alkoponlaşması adı ilə sahibkarlardan milyonlarla manat pul yığılıb ki, bu onların yaddaşından uzun müddət silinməyəcək. Sumqayıtlılar Eldar Əzizovun onların problemlərini həll edəcəyi ilə bağlı ümüdlərini artıq çoxdan basdırıblar.Bundan başqa merlə bağlı edilən şikayətlər onsuz da eşidilmir. Ona görə də Sumqayıtlıların çoxu çox şey istəmirlər,istədikləri təkcə odur ki, mer heç olmasa sahibsiz itləri şəhərdən yığışdırsın. Onu da qeyd edək ki, sakinlərin dediyinə görə istilərin düşməsi ilə sahibsiz itlər zirzəmilərdən çölə çıxır və bununla da onların sayı daha da artır və onlar şəhəri zəbt edirlər... Doğrudan da maraqlıdır,belə də şəhər olar?!
Bolgexeber.com