Türkiyə Prezidenti Şəkidədir
17-08-2010, 17:50
Oxunub: 6 191
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizin şimal-qərb bölgəsində olub.
Türkiyənin dövlət başçısının Azərbaycanın bu bölgəsinə səfəri Zaqataladan başlayıb. Zaqatala Beynəlxalq hava limanında Prezident Abdullah Gülü böyük səmimiyyətlə qarşılayıblar. Məlumat verildi ki, Zaqatala Beynəlxalq hava limanının təməli 2006-cı ildə qoyulub. Hava limanının ümumi torpaq sahəsi 70,2 hektar, uçuş-enmə zolağının uzunluğu isə 2200 metrdir. Hava limanında inşaat işlərini dövlət vəsaiti hesabına Türkiyənin “Zema” şirkəti və “AZVİRT” firması görüblər. Bu nəqliyyat terminalının tikintisinə 22 milyon manat vəsat xərclənib. Dördmərtəbəli inzibati bina birinci dərəcəlidir və saatda 120 sərnişinə xidmət göstərir. Ölkənin şimal-qərb bölgəsindəki bu müasir hava limanı 2008-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Hava limanında 120 nəfər işlə təmin edilib.
Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Şəkiyə yola düşüb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər