BolgeXeber.Com » Dünya » Bin Ladenin oğlundan xəbər var

Bin Ladenin oğlundan xəbər var

10-05-2011, 16:35
Oxunub: 5 231
Bin Ladenin hücum etmək əmrini yerinə yetirmədiyi üçün yanından qovan Ömər Laden deportasiya edilməmək üçün qorxu içindədir.

Bolgexeber.com “Habertürk”ə istinadən verdiyi məlumata görə, əslən ingilis həyat yoldaşı ilə Qətərdə yaşayan Ömər atası öldüyünə görə, nənəsinin də dünyasını dəyişdiyini söyləyib. Ömər “İntiqam alınacaqmı” sualını cavabsız qoyub. “Habertürk”ün əməkdaşının zənginə Ömərin həyat yoldaşı Zeyna cavab verib. O həyat yoldaşı ilə bağlı yayılan ayrılıq xəbərlərini təkzib edib. Ömər isə nənəsinin ölümü ilə bağlı deyib ki, Bin Ladenin ölümünü eşidəndən 6 gün sonra Suriyada yaşayan 70 yaşlı nənəsi dünyasını dəyişib. O, nənəsinin bu cür reaksiyası ilə bağlı söyləyib ki, Laden bu qadının təkcə kürəkəni deyil, həm də qardaşı oğludur. Həm Ömər, həm də Zeyna Üsamənin ölümü ilə bağlı “bu şey” deyə danışıblar. Onların sözlərinə görə, Qətərə sığınıb, burada qalmaq üçün susmaq məcburiyyətindədirlər. Ömər bin Laden də arvadı da sülh tərəfdarı olduqlarını, sülhün təmin edilməsi üçün çalışacaqlarını qeyd ediblər