BolgeXeber.Com » Bölgə » Rayon sakinləri icra başçısının istefa tələbi ilə aksiyaya başladılar

Rayon sakinləri icra başçısının istefa tələbi ilə aksiyaya başladılar

11-05-2011, 17:55
Oxunub: 5 417
İmişli rayonunun bir qrup sakini dünəndən aclıq aksiyasına başlayıb.

Bolgexeber.com- un məlumatına görə, onların aksiya keçirməyinə səbəb ötən il Kür çayının daşması nəticəsində öz evlərini və digər əmlaklarını itirmələri və indiyədək evsiz qalmalarıdır. ADP-nin İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarov və Qarabağ əlili Ehtiram Şükürov da aksiyaçılara dəstək olaraq aclıq edəcəkləri haqqında qərar veriblər.
M. Zülfüqarov həmçinin bildirib ki, rayonun problemləri təkcə seldən zərərçəkmişlərlə bitmir, rayon ümumiyyətlə sosial problemlər girdabında batır, korrupsiya və talançılıq İmişlini insanlarsız rayona çevirməkdədir. Belə ki, rayonun sakinləri, xüsusilə də cavanlar məlum problemlərdən can qurtarmaq üçün sürətlə buranı tərk edərək, qonşu ölkələrə üz tuturlar.

Xatırladaq ki, aksiya iştirakçılarının əsas tələblərindən biri rayon rəhbərliyinin istefasıdır.