BolgeXeber.Com » Fotoqalereya » Siyəzəndə Nizaminin heykəlini vəhşicəsinə sökdülər-Fotosessiya

Siyəzəndə Nizaminin heykəlini vəhşicəsinə sökdülər-Fotosessiya

30-06-2013, 11:10
Oxunub: 4 915 Cəfər Cabbarlıdan sonra növbə Nizaminin heykəlinindir.

Cəfər Cabbarlının Siyəzən şəhərinin mərkəzi parkındakı heykəlini götürəndən sonra dahi şair, filosof, mütəfəkkir, alim Nizami Gəncəvinin rayon mədəniyyət evinin önündə illərdir ucalan heykəlini də götürüblər. Bolgexeber.com saytı bu barədə sosial şəbəkələrdə yayılan məlumata və fotolara istinadən xəbər verir.

Ən pisi odur ki, hər iki heykəl götürülən zaman "Tarix və mədəniyyət abidələrinin qorunması qaydaları"na riayət olunmayıb. Sadəcə C.Cabbarlının heykəlindən fərqli olaraq Nizaminin heykəlinə qarşı bir az “nəzakətli” davranaraq onu üç yox, iki yerə bölüblər.

Şəkildən də göründüyü kimi, heykəli daşıyan texnika rayonun təmizlik idarəsinə məxsus zibil daşıyan traktordur. Bu qərarın hansı məmurun başının məhsulu olduğuna dair heç bir məlumat yoxdur
.