BolgeXeber.Com » Şou-Biznes » Xalq artisti deputatı hədələdi

Xalq artisti deputatı hədələdi

4-07-2013, 13:35
Oxunub: 5 344 “Mən Çingiz Qənizadəni görsəm, tanımaram. Amma mənim millət vəkili statusuna, prezidentimizi müdafiə edən, ətrafında olan hər kəsə böyük hörmətim var”. Bu sözləri Qafqazinfo-ya açıqlamasında xalq artisti İlhamə Quliyeva millət vəkili Çingiz Qənizadənin onun haqqında səsləndirdiyi fikirlərə cavab verərkən deyib. İ. Quliyeva bildirib ki, millət vəkili olmaq o demək deyil ki, yarım əsrlik fəaliyyəti olan bir sənətkara şər-böhtan atasan: “Mənim İlhamə Quliyeva olaraq hüquqlarım millət vəkili hüququndan az deyil. Mən Dünya Sülh Səfiriyəm, iki ölkənin xalq artistiyəm, onlarla titulum var...
Əgər Çingiz Qənizadə özü üçün təzə vəkillik vəzifəsi seçibsə, nahaq yerə əziyyət çəkməsin. Azərbaycanda yetərincə savadlı vəkillər var. Mən bilirəm, o Müsavatın nümayəndəsidir, həmin dəstədəndir. Ona görə də kiminsə vəkilliyini etməyə çalışır. Onun müdafiə etdiyi şəxsin böyük suçu olduğu üçün mən məhkəməyə müraciət etmişəm, məhkəmə də çox ədalətli bir qərar qəbul edərək onu 50 min manat cərimələyib. O həmin vəsaiti ödəyəcək də, üzr də istəyəcək. Ölkə dərəbəylik deyil. Əks halda onu həbs gözləyə bilər. Çingiz Qənizadə də ona vəkillik etməsin, mənim statusum ondan yüksəkdir.
Əgər Çingiz Qənizadə bir də mənim şərəf və ləyaqətimə toxunsa, ölkə prezidentinə müraciət edəcəyəm ki, bu barədə ölçü götürsün. O ağlını başına yığsın, öz işi ilə məşğul olsun. O, faktiki olaraq mənim titullarıma şübhə edir. Əgər buna inanmırsa, mənim mətbuat katibim Faiq Ələkbərlinin İnstagram səhifəsinə baxsın. Orada titullarımla bağlı bütün sənədlərin surəti var”.