BolgeXeber.Com » Fotoqalereya » Qobustanda bayrağımıza qarşı hörmətsizlik – Foto

Qobustanda bayrağımıza qarşı hörmətsizlik – Foto

4-07-2013, 15:40
Oxunub: 5 445 Qobustan rayonunda Azərbaycanın dövlət atributlarından biri olan bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilir.

Bolgexeber.com xəbər verir ki, bu barədə məlumatı Laçın Məmişov adı facebook istifadəçisi öz səhifəsində yayıb.

Magistral yolun kənarındakı Bayraq Meydanından asılan Azərbaycan bayrağı cırılıb. Bayraq artıq bir müddətdir bu vəziyyətdə asılsa da, onu yenisi ilə əvəz etmək hələ ki, heç kəsin yadına düşmür.

Sakinlərin sözlərinə görə, gün ərzində Bayraq Meydanını çox sayda insan ziyarət edir və onlar dalğalanmalı olan Azərbaycan bayrağının yerində cırılmış bayrağı görürlər.

Lakin indiyə qədər Qobustan rayon İcra Hakimiyyəti və əlaqədar qurumlar bayrağı yenisi ilə əvəzləməyiblər.