BolgeXeber.Com » Bölgə » Bir neçə rayonda xirda məmurlar görəvdən alinacaq

Bir neçə rayonda xirda məmurlar görəvdən alinacaq

13-05-2011, 16:50
Oxunub: 5 793
Kadr islahatlari əyalətə də keçdi

Redaksiyamıza məlumatlı qaynaqlardan sızdırılan informasiyalardan belə məlum olur ki, paytaxtda cərəyan edən kadr islahatları rayonlara da sirayət edəcək. Bu xəbəri verən mənbənin sözlərinə görə, əsasən icra başçıları yeni dəyişmiş rayonlarda kadr islahatlarının həyata keçirilməsi planlaşdırılsa da, digər rayonlar da istisna deyil.

Bütün bunları redaksiyamıza şərh edən mənbə bildirdi ki, əslində hakim düşərgənin üst düzəyi bununla Bakıda düyməsi basılan bir prosesin miqyasını genişlədir: «Son addımlar da təsdiqləyir ki, hakim komanda qrupp maraqlarının darmadağın edilməsi yönündə ciddi fəaliyyət sürdürür. Bu gün sirr deyil ki, mərkəzdəki iqtidariçi qruplaşmalar kiçik miqyasda əyalətlərdə də mövcuddurlar. Məsələn, filan rayonun filan idarəsinin müdirinin filan məmurun adamı olması kimi faktların aradan qaldırılması yönündə atılacaq addımlar zamanı onlarla məmurun görəvdən alınması nəzərdə tutulur».
Bolgexeber.com bildirir ki. PİA.AZ-a daxil olan məlumatların birində isə vurğulanır ki, əsasən «vurulacaq», adı «qara siyahı»ya salınan məmurların adamları təmizlənir.