BolgeXeber.Com » Gündəm » Prezident Azərbaycanda internetin azad qalacağını söz verdi

Prezident Azərbaycanda internetin azad qalacağını söz verdi

13-05-2011, 16:55
Oxunub: 4 819
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycana səfəri başa çatır.

Bu gün keçirdiyi mətbuat konfransında o, Azərbaycanda internetin azad olacağına zəmanət aldığını və buna sevindiyini bildirib. Çünki ATƏT-ə üzv bir sıra ölkələrdə internetin məhdudlaşdırılması problemi mövcuddur. “Burada bir sıra görüşlər keçirdim. Keçirdiyim görüşlərdə mənə diffamasiya haqqında qanunun qəbul olunması üzrə işlərin getdiyini bildirdilər. Amma düşünürəm ki, əsas iş qanun qəbul olunandan sonra başlayacaq. Prezidentlə görüş də çox konstruktiv keçdi. Prezident məni əmin etdi ki, Azərbaycanda internet azad olaraq qalacaq”, - deyə ATƏT rəsmisi bildirib.

Bunun sevindirici hal olduğunu qeyd edən D.Myatoviç belə vəziyyətin heç də ATƏT-ə üzv olan bütün ölkələrdə müşahidə olunmadığını söyləyib.