BolgeXeber.Com » Fotoqalereya » Azərbaycanda hakimiyyət əleyhinə vərəqələr yayıldı - FOTO

Azərbaycanda hakimiyyət əleyhinə vərəqələr yayıldı - FOTO

12-07-2013, 12:55
Oxunub: 4 795 Azərbaycanda üzərində hakimiyyət əleyhinə çağırışlar olan vərəqələr yayılıb.

APA-nın məlumatına görə, həmin vərəqələrə Abşeron rayonunun Xırdalan şəhərində daha çox rast gəlinir. Üzərinə hakimiyyət əleyhinə şüarlar yazılmış vərəqələr yaşayış binalarında mənzillərin qapısına yapışdırılır.

Vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən”, Hakimiyyətdən qorxma”, “Hakimiyyətə etiraz et” və “Hakimiyyəti dəyiş” şüarları yazılıb.

Abşeron Rayon Polis Şöbəsindən onlarda bu barədə məlumat olmadığı bildirilib.