BolgeXeber.Com » Fotoqalereya » “Texnikabank”ın keçmiş rəhbəri işçisinə Mersedes ML bağışladı-Foto

“Texnikabank”ın keçmiş rəhbəri işçisinə Mersedes ML bağışladı-Foto

13-07-2013, 11:55
Oxunub: 7 837 Fərid İbrahimova bağışlanan həmin avtomobilin 150 min manat qiyməti var
Bir müddət əvvəl biz “Babək Plaza”ın icraçı direktoru Fərid İbrahimovdan silsilə tənqidi yazılar dərc etmişdik. “Babək Plaza”nın müştəriləri mətbuat vaistəsilə hətta biznes mərkəzinin sahibinə müraciət də etmişdilər ki, onları Fərid İbrahimovun əlindən qurtarsın. Ancaq ”Babək Plaza” nın sahibi olan “Texnikabank”ın keçmiş müdiri Etibar Əliyev, plazanın baş direktorunu cəzalandırmaq əvəzinə,ona Mersedes ML avtomobili hədiyyə edib.
E.Əliyevin bu hərəkətindən belə başa düşmək olar ki, Etibar Əliyevin “Babək Plaza” da yürütdüyü siyasətini bilavasitə baş direktor Fərid İbrahimov həyata keçirir. Qeyd edək ki,ötən yazılarmızda biz “Babək Plaza”da xidmət haqqının 1 manatdan 1manat 50 qəpiyə qaldırılmasından və Fərid İbrahimovun “mütəşəkkil dəstə” ilə “Babək Plaza”nın müştərilərini incitməyindən yazmışdıq.
Ancaq əfsuslar olsun ki,dediyimiz kimi Etibar Əliyev F.İbrahimovu cəzalandırmaq əvəzinə ona, işini “layiqincə” yerinə yetirdiyinə görə Mersedes ML markalı bahalı avtomobil alıb. “Babək Plaza” da apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki,Fərid İbrahimova bağışlanan həmin avtomobilin 150 min manat qiyməti var. Görünür Fərid İbrahimovun Etibar Əliyevin yanında gördüyü xidmətlər Mersedes ML avtomobilidən də artıqdır ki, Etibar Əliyev ona bu avtomobili hədiyyə edib.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.