BolgeXeber.Com » Siyasət » Misiri Mübarəkin gününə salırlar

Misiri Mübarəkin gününə salırlar

14-05-2011, 16:40
Oxunub: 5 547 Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq başqa bir quruma verilir

Azərbaycanda yaxın günlərdə aparılan islahatların tərkib hissəsi olaraq daha bir addım atılacaq. Bu barədə Bolgexeber.com-a məlumat Təhsil Nazirliyindən daxil olub. Məlumata görə, atılacaq addım təhsil sahəsi ilə bağlıdır. Belə ki, yaxın günlərdə məktəbəqədər təhsil müəssisələri, yəni baxçalar Təhsil Nazirliyinin tabeliyindən alınaraq başqa bir quruma, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə veriləcək. Bu addımın atılmasına səbəb kimi Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin təyinatına uyğun səmərəli fəaliyyət göstərməməsi, insanların daha çox özəl bağçaların xidmətindən istifadəyə üstünlük verməsi, bir sözlə nazir Misir Mərdanovun bu işdə uğursuzluğudur.

Baxçaların nazirliyin əlindən alınıb dövlət komitəsinə verilməsi ilə düşülür ki. onların əvvəlki nüfuzunu qaytarmaq mümkün olacaq. Və bu işdə bir sıra yeniliklərin həyata keçirilməsi də nəzərdə tutulub.