BolgeXeber.Com » Fotoqalereya » Rusiya gözəli Bakıya gəlib-Fotolar

Rusiya gözəli Bakıya gəlib-Fotolar

17-07-2013, 17:35
Oxunub: 10 312 Azərbaycana növbəti rusiyalı gözəl səfər edib.
Bolgexeber.com –un “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Rusiyanın ən gözəl qadınlarından biri, “Miss Rusiya – 2003”ün qalibi Viktoriya Lopıreva Azərbaycanda səfərdə olub.
Gözəllik-eksperti olan Viktoriya özünün “Twitter” hesabında ölkəmizə reys edən təyyarənin bortunda çəkdirdiyi şəkli paylaşaraq Bakı haqda yazıb:

“Azərbaycan hava yollarına təşəkkürlər! Yeni təyyarə və super xidmət! Bakı gözəldir”.
Viktoriya Xəzər dənizinin sahilində yerləşən otellərdən birində qalıb. O, tanınmış müğənni və bəstəkar Emin Ağalarovun iyulun 11-də “Yaşıl teatrda” baş tutan ənənnəvi illik konsertində olub və “Twitter”də konsertdən böyük zövq aldığını yazıb:

“Bakıda əla vaxt keçirdiyimə görə Emin Ağalarov və ailəsinə təşəkkür edirəm”.
29 yaşlı Rusiya gözəli mərhum Müslüm Maqomayevin xanımı, SSRİ xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskayanın 70 illik yubileyinə qatılıb.
O, həmçinin İçəri şəhəri gəzərək Azərbaycan mədəniyyəti ilə də tanış olub.