BolgeXeber.Com » Siyasət » İlham Əliyev Əfqanıstan Prezidentini təbrik etdi

İlham Əliyev Əfqanıstan Prezidentini təbrik etdi

19-08-2010, 11:30
Oxunub: 6 476
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Həmid Kərzaiyə Milli bayram - Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.
Xalqlarımız arasındakı dostluq və əməkdaşlıq əlaqələri bu gün öz ənənələrini davam etdirməkdədir. Əminəm ki, ölkənizdə sülhün qorunub saxlanmasına, sabitliyin təmin olunmasına yönəlmiş ümumi səylərin müsbət nəticələri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yeni imkanlar açacaqdır", - Prezidentin təbrikində deyilir.

İlham Əliyev Həmid Kərzaiyə ən xoş arzularını yetirib, dost Əfqanıstan xalqına sülh, sabitlik və əmin-amanlıq diləyib./AzərTAc/