BolgeXeber.Com » Fotoqalereya » Pişik Günel:“Heç bir yerə müsahibə vermirəm”

Pişik Günel:“Heç bir yerə müsahibə vermirəm”

20-07-2013, 15:45
Oxunub: 41 857 Şou-biznesdə “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərovadan uzun müddətdir səs-soraq yoxdur.

O, Axşam.az saytının müxbirilə söhbətində gündəmdən uzaq qalmağa çalışdığını deyib:
“Heç bir yerə müsahibə vermirəm. Efirlərə çox dəvət olunuram. Amma hamısından imtina etmişəm. Bir müddət şou-aləmindən, gündəmdən uzaq qalmaq istəyirəm. Bu, o demək deyil ki, sənətdən uzaqlaşıb, müğənniliyi atmışam. Yeni mahnılar yazdırmaqla məşğulam. İki-üç aydan sonra tam fərqli Günel olaraq qayıdacam. Dönüşüm möhtəşəm olacaq”.