BolgeXeber.Com » Media » Prezident xilas edir, Nizaməddin Quliyev məhv edir

Prezident xilas edir, Nizaməddin Quliyev məhv edir

22-07-2013, 02:10
Oxunub: 4 950 Goranboy rayonunun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev,oğlu Ramal Quliyev vasitəsi ilə jurnalist Fikrət Fərəməzoğlunu məhkəməyə verib. Sözsüz ki, həbs etdirmək üçün. Qısa arayış verək ki, Nizaməddin Quliyevin adam tutdurmaqdan nədənsə xoşu gəlir. Məsələn rayonda abadlıq işlərini həyata keçirdən və Nizaməddin Quliyevdən gördüyü işin pulunu istəyəndə icra başçısı iş adamı Müqayis Verdiyevi şərlədərək həbs etdirir. Bunu iş adamının məktublarından da görmək olar. Müqayis Verdiyevə verəcəyi pulu oğlu Ramal Quliyev yəqin ki,harasa xərcləyib və çıxılmaz durum yaranıb. Buna görə də o yaşda insanı beş manat pula görə aylardı ki, içəridə çürütdürür. Amma mənə elə gəlir ki, Nizaməddin Quliyev iş adamını yanına çağırıb-“Müqayis, bu uşaq bir vaxtlar Kapitalbankın Mingəçevir filialında işləyəndə düz 500 min manat yeyinti eləmişdi. Güc bəla ilə onu ödədim. İndidə oğlum sənə çatacaq pulu yoxa çıxarıb. Sən canın bir az gözlə əlimə pul gələn kimi ödəyəcəyəm”-desəydi,Müqayis Verdiyevdə “baş üstə”-deyib məsələni bağlayardı. Amma Nizaməddin Quliyevin həbs etdirmək həvəsi buna imkan verməyib. İndidə Fikrət Fərəməzoğlu hədəfə alınıb. Təxmin edirəm ki, Fikrət Fərəməzoğlu ilə bağlı iki plan var. Birinci plan yüz faiz Ramal Quliyevə pul lazımdır və Fikrət Fərəməzoğlunu məhkəmə yolu ilə cərimələdib öz borcunu ödəməyə çalışacaq. Yada həbs etdirmə allergiyası o qədər artıb ki, dəridən-qabıqdan çıxıb jurnalisti elə Müqayis Verdiyevin yanına yola salacaqlar. Amma məni həm də maraqlandıran başqa məsələdir. Jurnalist Nicat Dağlar ağır xəstəlik keçirtdi. Onun müalicəsi üçün pul yığma kompaniyasına başlanıldı. Amma bu xəbərdən bir gün sonra prezident İlham Əliyev jurnalistin müalicəsini öz üzərinə götürdü. Bu yalnız bir insanın xilası demək deyil, bu həm də jurnalistlərə verilən bir dəyərdir. Bir ölkənin prezidenti bir jurnalistin həyatını xilas edir, prezidentin Goranboydakı səlahiyyətli nümayəndəsi isə jurnalisti həbs etdirmək istəyir. Bir ölkənin prezidenti sahibkarlara sahib çıxmağı tələb edir, prezidentin Göranboydakı səlahiyyətli nümayəndəsi isə iş adamı Müqayis Verdiyevi 5 manata görə həbsə atdırır. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Sonda Nizaməddin Quliyevə bir neçə cümləlik açıq məktubda yazmaq istəyirəm.

AÇIQ MƏKTUB

Hörmətli başçı!

Sizi tanımıram. Amma haqqınızda bir kəlmədə olsa xoş söz eşitməmişəm. Eşitdiklərim isə sadəcə anlaşılmamazlıqlardır. Və yerinə sevinirəm ki, etdiklərini yaxşı ki, prezident eşitməyib. Neçə ki, gec deyil bəzi addımlar at. İlk növbədə yaşlı və xəstə bir insanı, Müqayis Verdiyevi həbsxanalarda saxlatmaqla onun həyatını, özünün isə adını məhv etmə. Necə ki, keç deyil, insanların zəhmətinin haqqını ödə, insanları qorxutmaqla özgə haqqını yerdə qoyma. Bir jurnalisti həbs etdirmək üçün ayağa qalxanda qarşındakı portretə, Prezident İlham Əliyevin şəklinə bax və yadına sal ki, sənin həbs etdirmək istədiyin qələm sahibinin həmkarını,O prezident ölümdən xilas edir. Siz isə O portret sahibinin nümayəndəsisən və etdiyin hər bir iş prezidentin adı ilə bağlıdır. Bunları oxuyandan sonra məni də tutdurmaq haqqında düşünmə. Birincisi bu lap komik olacaq, ikincisi isə nə qədər adam tutdurmaq olar axı?
Eldəniz Elgün