BolgeXeber.Com » Media » Fəzail Ağamalı media nümayəndələrini təbrik etdi

Fəzail Ağamalı media nümayəndələrini təbrik etdi

22-07-2013, 15:35
Oxunub: 4 195 22 iyul Milli Mətbuat Günü münasibətilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı mətbuat nümayəndələrini təbrik edib. Bolgexeber.com-a daxil olan təbrikdə deyilir:

Hötmətli mətbuat numayəndələri!

Sizi Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə çətin və şərəfli peşənizdə uğurlar arzulayıram.

Təməli Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycanın milli mətbuatı çox çətin inkişaf yolu keçmişdir. Milli azadlıq hərəkatın başlaması, Azərbaycanın müstəqillik qazanması yolunda jurnalistlər və jurnalistika ön sıralarda olmuş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında tövhələrini vermişlər. Keçən zaman kəsiyində Azərbaycan mətbuatı dördüncü hakimiyyət kimi özünü təsdiqləmişdir.
Mətbuat müasir Azərbaycanın demokratikləşməsində söz və fikir azadlığının ifadəçisi kimi fəaliyyət göstərir. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Bütün sahələrdə Cənubi Qafqazda lider olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir.
Əminəm ki, Azərbaycan mətbuatı bundan sonra da ölkəmizdə demokratik proseslərin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında üzərinə düşən vəzifəni uğurla davam etdirəcəkdir.
Bayramınız mübarək,dəyərli qələm sahibləri!