BolgeXeber.Com » Fotoqalereya » Sumqayıtın meri Dənizkənarı parkı satışa çıxarıb-Fotolar

Sumqayıtın meri Dənizkənarı parkı satışa çıxarıb-Fotolar

25-07-2013, 17:05
Oxunub: 5 557 Şəhidlər Xiyabanını baxımsız buraxan icra başçısı parkın sahəsini 99 illik icarəyə verir

Eldar Əzizov Sumqayıta icra başçısı təyin ediləndə, digər yeni təyin edilən başçılar kimi sökməkdən başladı. Daha sonra isə geniş miqyasda yenidən tikdirməyə məcbur etdi. Bütün tikililəri öz zövqünə uyğun şəkildə yenilətdirdi. Bu zaman şəhərin bir çox binalarının arasında avtomobillərin giriş-çıxış yolları da yoxa çıxdı. Əslində bu toqpaqlar satılmayıb. Sumqayıtda bir qarış da torpaq satılmır. Sadəcə olaraq, 99 (!) illik icarəyə verilir. O cümlədən dənizkənarı parkın ərazisi də...

Şəhidlər Xiyabanı da Dənizkənarı park istiqamətində yerləşir. Burada ilk nəzərə çarpan Xiyabanın ətrafındakı natəmizlik, girişdəki mərmər lövhənin sökülüb dağılmasıdır. Xiyabanın daxili də bu vəziyyətdədir. Toz basmış məzarlar, torpağa batan daşlar... Ab-havadan bəlli olur ki, bura xidmət edilmir.

Girişdə oturan iki molla da avropa.info-nun əməkdaşı ilə söhbətdə Xiyabanın baxımsızlığını təsdiqləyiblər. Onların söylədiklərindən aydın oldu ki, Xiyaban şəhər İcra Hakimiyyətinin balansında olsa da, onlar bu müqəddəs məzarlıqla maraqlanmırlar. Buranın əvvəllər daha bərbad olduğunu söyləyən molla nisbi təmizliyi də, kənardan su çəkilməsini də özlərinin etdiklərini söylədi. O daha sonra, Xiyabanin yan tərəfində olan “ara yoldan” gileyləndi: “Dəfələrlə xahiş etməyimizə baxmayaraq, o yolu bağlamırlar. Biz gedəndən sonra əxlaqsız qız və oğlanlar, alkoqoliklər, narkomanlar, daha kimlər - hamı dolur bura”.

Xiyabandan çıxarkən ilk nəzərə çarpan, Dənizkənarı parkın ərazisindəki həyət evləridir (!!!). Bildirildiyinə görə bu ərazilər 99 illik müddətə icarəyə verilib. Bu həyətyanı sahələrin kimlərə məxsus olmasını öyrənmək cəhdimiz uğursuzluqla nəticiləndi. Belə ki, parkın müdiriyyətini tapa bilmədik. Parkdan qalan “xatirə” isə, dağılmış park sahəsi, kəsilmiş şam ağacları, zibilli sahələr, tikilən yeni obyektlərdir.


pg[/img]