BolgeXeber.Com » Siyasət » Pənah Hüseyn Qüdrət Həsənquliyevlə qırğına çıxdı

Pənah Hüseyn Qüdrət Həsənquliyevlə qırğına çıxdı

18-05-2011, 18:25
Oxunub: 5 842
“Azərbaycanın siyasi leksikonuna “donqili” sözünü o gətirib”

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında, daha sonra isə partiyasının mətbuat xidmətinin yaydığı mətnlə İctimai Palatanın Koorsinasiya Şurasının üzvlərini ağır şəkildə ittiham edib. İttmihamlara münasibət bildirən Pənah Hüseyn deyib: “Ümumiyyətlə Qüdrət Həsənquliyevin bu cür açıqlamaları təəccüb doğurmamalıdır. Bu, onun xislətidir. Amma bu dəfə məsələnin içində başqa şeylər də var. Bilirsiniz ki, yaxınlarda Q. Həsənquliyev neft və ARDNŞ mövzusunda çıxış etmişdi. Görünür, “xahişi” sayəsində alacağı 10 faiz onun başını o qədər dumanlandırıb ki, Neft Şirkətinin və neftin Azərbaycandakı əsas “xozeyninin” kim olduğunu unudub və cızığını aşıb. Hər halda, görünən budur ki, ağaları onun qulağını bərk burub və ağlı başına gəlib. Xofa düşüb, mövzunu dəyişmək istəyir.

İndi ona verilən rola uyğun işlə məşğul olur. Q. Həsənquliyevin siyasi bioqrafiyasında nə isə orijinal, yaradıcı bir şey yoxdur. Bu yaxınlarda İctimai Palatanın Yol Xəritəsinin guya onun rəhbərlik etdiyi partiyanın sənədlərindən mənimsənilməsi iddiasının necə biabırçı şəkildə boşa çıxdığını hamı gördü. Amma etiraf etmək lazımdır ki, Azərbaycanın siyasi leksikonuna “donqili” sözünü o gətirib. Burda qeydsiz – şərtsiz müəllifdir. Onun yaradıcılığını inkişaf etdirərək deyə bilərik ki, “donqili” şirkətlər olduğu kimi, “donqili” siyasətçilər, “donqili” deputatlar və “donqili” adamlar da olur. Bunlardan ən tipik nümunəsi Qüdrət Həsənquliyevin özüdür. “Donqili” olmayan ailə, qadın söhbəti etməz. Gözəl Bayramova, Vəfa Cümşüdlü (Müsavatın Qadınlar Şurasının üzvü-red) və yüzlərlə bizim qadın siyasi liderlər meydanlara öz ürəkləri, iradələri, cəsarətləri ilə çıxıb. Onların siyasətçi böyüklüyünə cinsi kişi olan min siyasətçi “müxalifətçi” sığar. Ümumiyyətlə isə Q. Həsənquliyevin qadınlardan danışmağa mənəvi haqqı və dili olmasın gərək. Bəlkə MSK- üzvü olarkən qarışdırdığı hərəkət yadından çıxıb?!

O ki, qaldı, bizim həbsdə olan qardaşlarımıza... Arif bəyə, Sahib bəyə, Şahin bəyə, Turala, Əhədə .... Onlar həbsdə olsalar da, qüdrətkimilərdən çox-çox azaddırlar, azadlıqdadırlar. Nə onların, nə də onların ailələrinin Qüdrət Həsənquliyevin riyakar “xahişlərinə”, “müdafiəsinə” ehtiyacı yoxdur. Çünki hamı başa düşür ki, hədəf nə Pənah Hüseyn, nə də həbs olunanlar deyil. Hədəf İctimai Palatadı, Azərbaycan xalqının demokratik inqilab yoludur, azadlıq məsələsidir. Hansılar ki, Qüdrət Həsənquliyev öz roluna uyğun olaraq bütün bunlara qarşıdır.

İP rəhbərliyi bizim hara, hansı məqsədlə və nə müddətə getdiyimizi bilir. Hər şey onların razılığı və təkidi ilə olub”.
**