Hicab aksiyasina görə tutulanlarin sayi 12-yə çatib
18-05-2011, 18:30
Oxunub: 5 844
Mayın 6-sı Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş "Hicaba azadlıq" aksiyasına görə tutulmuş Tərlan İsmayılovun evində axtarış aparılıb
Mayın 6-sı Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulmuş Tərlan İsmayılovun evində axtarış aparılıb. Vəkil Dilqəm Ağayevin Bolgexeber.com -a verdiyi məlumata görə, mayın 17-də axtarış aparan hüquq mühafizə orqanlarının əməkdaşları evdən dini kitabları və disklər götürüblər. Vəkil axtarışda iştirak etmədiyini, məlumatı ailədən aldığını deyib.
D.Ağayevin sözlərinə görə, Bakı Şəhər Prokurorluğu, eləcə də Bakı Şəhər Baş Polis İdarəsində yaradılan istintaq qrupu qarşısında vəsatətlə çıxış edəcək: “Əlimizdə olan video görüntülərdən bəlli olur ki, aksiya zamanı Tərlan İsmayılov heç kimə, heç bir polis əməkdaşına qarşı zor işlətməyib. O, hərəkətsizdir. Əksinə, ağ köynəkli, mülki geyimli şəxs ona qarşı zor işlədir. Vəsatətimiz həmin mülki geyimli şəxsin müəyyən edilməsi və cəzalanmasına aiddir. Hər iki vəsatətin məzmunu eynidir”.
Vəkil T.İsmayılovun Bakı İstintaq Təcridxanasında saxlandığını, səhhəti və yeri ilə bağlı şikayətlərinin olmadığını deyib.
“Hicaba azadlıq” aksiyasına görə həbs olunanların sayı, eləcə də onlar barəsində hüquq mühafizə orqanlarının rəsmi məlumat verməməsi məsələsinə gəlincə, vəkil vurğulayıb ki, qaldırılan cinayət işi siyasi xarakter daşıyır: “Ona görə də cavabdeh instansiyalar bu barədə ictimaiyyətə geniş açıqlama vermək istəmirlər. Məndə olan son qeyri-rəsmi məlumata görə, tutularaq barəsində 2 aylıq həbs qərarı çıxarılanların sayı 12-yə çatıb. Təəssüf ki, onların kimliyi barədə məlumata malik deyiləm. Çünki yalnız hüquqlarını müdafiə elədiyim şəxslərin işiylə məşğulam”.
T.İsmayılov Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə ittiham olunur.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər