BolgeXeber.Com » Şou-Biznes » Müğənni Pişik Günel həyatındakı kişilərin sayını itirib

Müğənni Pişik Günel həyatındakı kişilərin sayını itirib

18-05-2011, 22:20
Oxunub: 7 696
Pişik ləqəbi ilə tanınan Günel Ələkbərova şəxsi həyatı haqqında şok açıqlamalar verib.

Müğənni kişilərdən danışıb: “Kişilər cazibadar xanımları hər zaman diqqət mərkəzində saxlayırlar. Düzdür, müğənni xanımlarla adi xanımlar arasında fərq olmalıdır. Amma indi getdiyim toylarda xanımlara baxanda, şoka düşürəm. Onlar necə açıq-saçıq geyinirlər. Təəccüblənirəm ki, axı qohumların yanında belə geyinmək olarmı?! Müğənni olmağıma baxmayaraq, getdiyim məkana uyğun geyinirəm, çünki heç kimdən söz götürən adam deyiləm. Əgər kimsə mənə söz atsa, həmin an mikrofonu onun başına çırpa bilərəm. Ancaq bu gün etiraf etmək lazımdır ki, kişilər xanıma yaxınlaşan zaman sadəcə onunla münasibət qurmaq istəyirlər.” Müğənni həyatındakı kişilərdən də söz açıb və “Düzdür, həyatımda yaxşı kişilər olub. Sadəcə, onları mən dəyərləndirməmişəm. Dəhşət dərəcədə peşman da deyiləm. Demək, belə daha yaxşı imiş. Əslində, dərin düşüncəli bir insan olsaydım, gördüklərimdən nəticə çıxarardım. Bir insan mənə zərbə vurana qədər gözləyirəm. Düzünü desəm, insanın mənə zərbə vurduğunu əvvəldən hiss edirəm. Amma yenə də inanıram. Ona son şans verirəm. İçimdəkı Günel deyir “ bu insandan uzaqlaş”. Amma gözləyirəm ki, o mənə zərbə vursun” deyib. Pişik Günel “Həyatında olan kişilərin sayını deyə bilərsən?” sualına cavabında bildirib ki, “Dəqiq deyə bilmərəm. Təbii ki, insan vurulur, görüşür, o insana öyrəşir. Sonra nə isə alınmır və onlar ayrılırlar. Ömrünün axrına qədər oturub onu gözləyəsi deyil ki. Əgər kişi şərəfsiz çıxırsa, istər maddi, istər mənəvi istifadə edirsə, təbii ki, o insandan ayrılmaq lazımdır. Bütün xanımlar belədir. Çünki qadınlar diqqəti sevirlər. Həyat davam edir.”