BolgeXeber.Com » Media » "Space" telekanalı kimlərin sifarişini yerinə yetirir?

"Space" telekanalı kimlərin sifarişini yerinə yetirir?

31-07-2013, 16:50
Oxunub: 4 408 "Space" telekanalının “Qərəzə qarşı” verilişi özü qərəzlidir
Bildiyiniz kimi bu gün saytımızda "Space" telekanalında efirə gedən “Qərəzə qarşı” verilişində baş verənlərlə bağlı “Tapdıq Abbas dövlətlə mətbuatın arasını vurmaq istəyir” yazı dərc etmişdik. Dünən “Qərəzə qarşı” verilişinin qonağı olan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Tapdıq Abbas bu gün Bolgexeber.com-un baş redaktoru ilə əlaqə saxlamış və məsələyə münasibətini bildirmişdir.
Tapdıq Abbas açıqlamasında bildirib ki, Dia.az və Tia.az-la bağlı həqiqətən onlara şikayət daxil olub və buna görə də onların adını verilişdə çəkib.Ancaq o verilişdə Bolgexeber.com-un adını çəkməyib,çünki Mətbuat Şurasına Bolgexeber.com-la bağlı heç bir şikayət daxil olmayıb.Qərəz mövqe sərgiliyən mətbu orqanlar haqda söhbət gedərkən saytımızın loqosunun efirdən göstərilməsinə gəlincə isə Mətbuat Şurasının İdarə Heyətinin üzvü bildirdi ki,bundan xəbəri yoxdur və bunu "Space" telekanalının rəsmilərindən soruşmaq lazımdır.

Telefonla əlaqə saxlanılan "Space" telekanalında “Qərəzə qarşı” verilişinin aparıcısı Elvin Basqallı isə Bolgexeber.com-un rəhbəri Vasif Turana açıqlamasında öz növbəsində günahı Mətbuat Şurasının İdarə Heyətinin üzvü Tapdıq Abbasın üstünə atıb. Onun bildirdiyinə görə saytımızın loqosunun göstərilməsini onlara Tapdıq Abbas məsləhət bilib.Belə görünür, "Space" telekanalının “Qərəzə qarşı” verilişi özü qərəzlidir və ümumiyyətlə kanal kimlərinsə sifarişini yerinə yetirir.Məsələ ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik...
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com