BolgeXeber.Com » Fotoqalereya » Milli Qəhrəmanın oğlu Öcalanı təbliğ edir -FOTO

Milli Qəhrəmanın oğlu Öcalanı təbliğ edir -FOTO

2-08-2013, 11:35
Oxunub: 5 403 Sosial şəbəkələrdə üzərində PKK lideri, terrorçubaşı Abdullah Öcalanın şəkli olan köynəkdə gəzən bir nəfərin fotosu yayılıb

Öcalanın şəkili olan köynəyi geyinən şəxs Namiq Nəsibovdur. Ronahi Kürd Mədəniyyət Mərkəzinin sədr müavini vəzifəsindədir.

Bu şəxs Milli Qəhrəman Kamil Nəsibovun oğludur. Xatırladaq ki, 1992-ci ildə Laçın ermənilərin silahlı dəstələrinin hücumuna məruz qaldığı zaman Kamil Nəsibov könüllülərdən ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandiri olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Surası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdi.

1992-ci il iyunun 29-da Qonaqgörünməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanıb, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməyib və nəticədə çoxlu qan itirmədən həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 5 fevaral 1993-cü il il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Erməni terrorçularına qarşı vuruşda qəhrəmancasına həlak olan bu şəxsin oğlu bu gün terrorçunun şəklini geyindiyi köynəkdə gəzdirməklə fəxr duyur. Avrasiya.net