BolgeXeber.Com » Fotoqalereya » Kasıb evlər arasında Hacıbala Abutalıbovun möhtəşəm villası ...-Fotolar

Kasıb evlər arasında Hacıbala Abutalıbovun möhtəşəm villası ...-Fotolar

2-08-2013, 12:00
Oxunub: 12 223 Sakinlər arasında bu bağın adına “Mer bağı” deyirlər

“Milyonlarla sıravi azərbaycanlı yenə də 10-15 il əvvəl olduğu kimi kasıb həyat tərzi keçirir. Azərbaycanın nefitinin xeyrini yenə də ancaq bir neçə məmur və əcnəbilər görürlər”.

Bu sözləri əməkdaşımıza Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakini deyib. Ərazidəki bəbdəbəli villanın şəklini çəkən əməkdaşımıza yaxınlaşan həmin şəxs bildirib ki, Rafiq Alıcanov küçəsi 16 ünvanında yerləşən sözügedən villanın sahibi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovdur.

Bakı merinin mülkiyyətinin dörd tərəfinə müşahidə kamerası qurlaşdırılıb. Villanın hasarı boyunca ağaclar əkilib. Villanın yanında paytaxtın mərkəzində gördüyünüz iki işıq dirəyi qurlaşdırılıb. Hündür hasarlı villanın bayır tərəfi isə zibil içindədir. Mülkin üzərində dövlət gerbi formasında dairə, dairənin kənarlarında isə Azərbaycan bayrağının rəngləri var. Gerbdə olan alov və sünbülün əvəzinə də “Qurani-Kərim”dən ayə yazılıb.

Hacıbala Abutalıbovun evinin yaxınlığında pivəxana fəaliyyət göstərir. Merin mülkinin qarşısında gözətçi kimi dayanan iki şir heykəlinin olduğu bağ da var. Sakinlər arasında bu bağın adına “Mer bağı” deyirlər.

Qaraçur sakinlərinin sözlərinə görə, villanın 4 girişi var. Onlardan yalnız 3 girişi göz önündədir. “İcra başçısının qiyməti bilinməyən maşınları, çoxlu sayda villası var. Onu villası təkçə bu deyil, başqa yerlərdə də var. Özü də bura daim gəlmir”, -deyirlər sakinlər.

Hacıbala Abutalıbovun mülki olduğu ərazidə müşahidə apararkən ətrafdakı evlərin çoxunun təmirsiz olduğunu müşahidə etdik. Sakinlərin evləri ömrünü çoxdan bitirmiş təsəvvürü yaradırdı.





Ramid İBRAHİMOV
Fotolar müəllifindir