BolgeXeber.Com » Fotoqalereya » Bilal Əliyevin qohumu arvadını paylaşır? – Foto

Bilal Əliyevin qohumu arvadını paylaşır? – Foto

2-08-2013, 14:05
Oxunub: 10 381 Azərbaycanlı rəqqasə Nigar Köksalın həyat yoldaşı, xalq artisti Bilal Əliyevin bacısı oğlu müğənni Bəxtiyar Bilal və məşuqu, ifaçı Həmid Sultanla bir yerdə yaşaması barədə mətbuatda yayılan xəbərə münasibət öyrənmək üçün rəqqasə ilə əlaqə saxladıq.

Hazırda Qəbələdə istirahət edən rəqqasə Publika.Az-a müsahibə verdi.

Qeyd edək ki, SİA-ya açıqlama verən qalmaqallı ifaçı Həmid Sultan bu haqda danışaraq vəziyyətlərindən razı olduğunu deyib:

“Biz üçümüz, yəni Nigar, Bəxtiyar və mən birlikdə yaşayırıq. Buna görə də çox xoşbəxtik. Mehriban ailələr kimi dolanırıq. Buna görə də heç kim, heç nə deyə bilməz”.

- Nigar eşitdik həyat yoldaşın və məşuqunla bir yerdə yaşayırsan, düzdür?
- Əlbəttə düzdür. Burda nə var ki? Aləm dəyib bir-birinə... Oğlanlar min hoqqadan çıxa bilər, qız iki oğlanla yaşaya bilməz? Bərabərik, birgə yatıb-dururuq.

- Yəni, yatağınız ortaqdır?
- Əlbəttə.

- İkisi səni necə paylaşır?
- Əla. İkisini də çox istəyirəm. İkisi də məni çox sevir.

- Yəni ikisi ilə də intim həyatını paylaşırsan?
- Hələ ki, seksə fasilə vermişik. Üçümüz bir yerdə yatırıq, amma sekslə məşğul olmuruq.

- Niyə?
- Vacib deyil ki, cinsi əlaqədə olaq.

- Bəs vacib olan nədir?
- Bir-birimizi sevməyimiz.

- Bəlkə oğlanların cinsi oriyentasiyası ilə bağlı problemləri var?
- Yox, onlar əsil kişidirlər. Sadəcə, ortada sponsor məsələsi var deyə, bir az gözləməli oluruq. Sponsor ortadan çıxandan sonra seçimimi edəcəyəm. İkisindən birinə ərə gedəcəyəm.

- Sponsorun sizin oğlanlarla intim əlaqənizə nə dəxli var ki?
- Açıb deyə bilmirəm e…

- De, de, sən səmimi qızsan…
- Saq ol belə dəyər verdiyinə görə. Sponsorumla yatıram axı. Ondan istifadə edəndən sonra oğlanlarla məşğul olacağam.

- Oğlanların hansını seçəcəksən?
- Pullusu Həmiddir, buna görə də ona ərə getmək istəyirəm. Mən də normal həyat yaşamalıyam axı. Yaşım 40-ı keçəndən sonra kim üzümə tüpürəcək? Heç kim. Ona görə də indidən gələcəyimi təmin etməliyəm.

- Səncə, Həmdin valideynləri razılıq verəcək bu izdivaca?
- Heç verməsinlər. Bir ara atası Həmidi qorxutdu. Amma Həmid mənə görə hər şeydən keçər.

- Halaldı, vallah. Ay Nigar, bir söz də soruşum, bu Bəxtiyar Bilal Əliyevin doğrudan bacısı oğludur?
- Nə qohumbazlıq canım. Boş şeylərdir. Bilal özü-özünü atıb ortalığa ki, rastkrutka olunsun. Həmin Bilaldır də, televizora çıxıb toya 150 minə getdiyini deyib, özünü biabır etmişdi. Qocalıb, ağlı başından gedib deyə xərifləyir. Bəxtiyarın sənətçilərlə heç bir qohumluğu yoxdur.

- Həmidi tanyıya bilmədim e, o kimlərdəndir?
- Necə yəni tanımadın, Sumqayıtın “nömrə bir”ini tanımadın?

- Yaddaş qalıb ki, məndə… Oxuyandı?
- Ay qız ikisi də sənətçidir də.

- Nigar, ərin necə oldu bəs, bir ara deyirdin Türkiyədən səni öldürəcəyi ilə hədələyir…
- Ayrıldım onunla. O kimdir ki, gəlib məni öldürsün. Yanımda üç kişi var, ikisi sevgilim, biri də sponsorum.

- Maşallah...
- Çox sağ olun.