BolgeXeber.Com » Fotoqalereya » Həmid Sultan özü haqda gəzən söz-sohbətlərə münasibət bildirdi-Fotolar

Həmid Sultan özü haqda gəzən söz-sohbətlərə münasibət bildirdi-Fotolar

4-08-2013, 08:55
Oxunub: 12 769 Son zamanlar Azərbaycanlı rəqqasə Nigar Köksalın həyat yoldaşı, xalq artisti Bilal Əliyevin bacısı oğlu müğənni Bəxtiyar Bilal və məşuqu, ifaçı Həmid Sultanla bir yerdə yaşaması barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirən Həmid Sultan Bolgexeber.com-a açıqlama vermişdir.İfaçının açıqlamasını oxuculara təqdim edirik:
“Mən son günlər mediada haqqımda gəzən söz-sohbətləri görüb şoka düşmüşəm. Gündəmdə qalmaq üçün kiminsə şəxsi həyatı ilə bu cür oynamaq olmaz. İnanıramki mənə qarşı agızlarına gələni yazanlar tezliklə oz cəzalarını alacaqlar. Qeyd edim ki, mən Həmid Sultan, Sumqayıtda "Nömrə 1"
müsabiqəsinin qalibi olmuşam Sumqayıtlılar mənə 50 000 sms göndərərək məni Sumqayıtın 1-ci si seçiblər.Hal-hazırda “Dönəcəksən” adlı mahnımın klip çəkilişləriylə məşgulam.Qeyd edim ki klipimin rejissoru Natiq Novruzovdur və klip tezlikle işıq üzü görəcək.Bu söz -söhbətlər isə nəinki mənim,hətta bütün mənim sumqayıtlılarımanın hissləri ilə oynamaq deməkdir.Mənim haqqımda gedən məlumatlar hər kəsi çox narahat edib”,- Həmid Sultan bildirib.