BolgeXeber.Com » Media » “Babək Plaza” nın baş direktoru jurnalistlərə niyə nifrət edir?

“Babək Plaza” nın baş direktoru jurnalistlərə niyə nifrət edir?

9-08-2013, 11:05
Oxunub: 5 105 Qeyd edək ki,”Babək Plaza” nın baş direktoru Fərid İbrahimov barədə mətbuatda tənqidi yazılar çox dərc olunub. Ancaq buna baxmayaraq Fərid İbrahimov bu günəcən öz rəhbərliyi tərəfindən cəzalanmayıb.Məhz cəzalanmaması səbəbindən baş direktor bəd əməllərindən nəinki əl çəkib ,üstəlik həmin əməlləri daha arxayıncasına edir. Məsələn,bu yaxınlarda “Babək Plaza” ya qonaq qismində dəvət olunan jurnalistə “Babək Plaza” ın resepşinində kart verilir.

Qonaq kartdan istifadə edərək kartın əvəzinə resepşində öz jurnalist vəsiqəsini qoyur, ancaq geri dönərkən kartı resepşinə təhvil verməyi yadından çıxırır. Sonradan bundan agah olanda isə fikirləşir ki, yolu plazaya düşəndə kartı təhvil verər. Bunu bilən Fərid İbrahimov bütün jurnalistlərə olan acığını həmin jurnalistdən çıxmaq istəyir. O resepşindəki işçilərinə tapşırır ki,onlar gündə jurnalistin iş yerinə zəng edib ona hədə- qorxu qəlsinlər və kartı tələb etsinlər.Həmin jurnalist kartı qaytarmadığı təqdirdə isə ondan 10 manat pul alsınlar. Bunu baş direktor, həmin kartların eksklüziv olaraq yalnız “Babək Plaza”ın qonaqları üçün hazırlanması ilə əsaslandırıb. Jurnalist isə öz növbəsində resepşinin işçilərinə izah edib ki, o vaxt tapan kimi kartı qaytarıb öz jurnalist vəsiqəsinin götürəcək. Ancaq bunu anlamaq istəməyən Fərid İbrahimov hər gün jurnalistin iş yerinə zənq etdirərək jurnalistə hədə -qorxu gəlir. Bunula da Fərid İbrahimov bir daha jurnalistlərə olan nifrətini qizlədə bilməyib. Bu nifrətin isə səbəbi odur ki,jurnalistlər daima onun “Babək Plaza” da müştərilərin başına açdığı oyunları və zülmləri gündəmdə saxlayırlar.