BolgeXeber.Com » Fotoqalereya » “Socar” ın Rumıniya təmsilçisi haqda ilginc faktlar -2-ci hissə (FOTOLAR)

“Socar” ın Rumıniya təmsilçisi haqda ilginc faktlar -2-ci hissə (FOTOLAR)

9-08-2013, 11:55
Oxunub: 8 360 Törətdiyi cinayətə görə Rumıniya dövləti düz iki ilə yaxın, yəni istintaq başa çatanacan Rəşad Abbasova Rumıniyanı tərk etməyə icazə verməmişdir.
Qeyd edək ki,ötən dəfə mövzu ilə bağlı yazının 1-ci hissəsində biz araşdırmanın anons formasını oxuculara təqdim etmişdik. Ancaq indiki yazıda biz daha çox açıqlamalara üstünlük verəcəyik. Bugünki yazımızda söhbət Rumıniyadakı səfirliyimizin keçmiş əməkdaşı Elşən Bağırovdan bəhs olunacaq. 1-ci yazımızda qeyd olunmuşdu ki, Həmzə Kərimov Rumıniyada “Socar” ın nümayəndəliyinin prezidenti təyin olunan gündən həmən ölkədəki səfirimiz Eldar Həsənovdan Bakıya anonim danoslar göndərib.

Ancaq o yaxşı bilirdi ki, səfir bu yazıların onun tərəfindən Bakıya göndərildiyini bilsə onu cəzalandıracaq. Buna görə də Həmzə Kərimov səfirliyin Elşən Bağırov adlı işçisi ilə yaxın münasibətlər quraraq ona təklif edir ki, səfirlikdəki vəzifəsindən imtına edərək onun yanına “Socar” a təyinat alsın.
Elşən Bağırov diplomat olsa da, Eldar Həsənov kimi diplomatın rəhbərliyi altında məktəb keçsə də, sonda o Həmzə Kərimovun toruna düşərək onunla razılaşır. Bir sözlə, Rumınıyadakı həmkarımızın apardığı araşdırmalar nəticəsində bəlli olub ki, Həmzə Kərimovun, Elşən Bağırovu yanında işə düzəltməyinin kökündə Həmzə Kərimovun səfirə qarşı seçdiyi müdafiə taktikası durur. Səfirin onun fəaliyyətndəki qaranlıq məqamları bildiyinə görə Elşən Bağırov həmişə özünü səfirdən qorumaq üçün müdafiə taktikasından istifadə edirmiş. Misal üçün hörmətli səfir bilirdi ki, Həmzə Kərimovun qayınatası 2011-ci ildə Hacı İbrahimin ofisində öz şərikini killerə sifariş edən Hümbət Məmmədovdur, hansı ki, hazırda həbsdədir.
Hörmətli səfir onu da bilirdi ki, Həmzə Kərimov Bakıdan xalası oğlunu gətirib “Socar” ın Rumıniyadakı nümayəndəliyində Satış Departamentinin müdiri təyin edib. Rəşad Abbasov vəzifəyə təyin olunandan sonra Rumıniyada avtoqəza törətmiş və hadisə nəticəsində Rumıniya vətəndaşı olan üç nəfər həlak olmuşdur.

Törətdiyi cinayətə görə Rumıniya dövləti düz iki ilə yaxın, yəni istintaq başa çatanacan Rəşad Abbasova Rumıniyanı tərk etməyə icazə verməmişdir. Ancaq bu yaxınlarda Həmzə Kərimov “Socar” dan əldə etdiyi pullar vasitəsilə öz xalası oğlunu cinayət məsuliyyətindən qurtara bilib. Bakıya qayıdan Rəşad Abbasov “Sədərək” Yusifin yaxın qohumu ilə ailə quraraq, Bakıda özünə dəbdəbəli toy edib.
Həm də toy, prezident İlham Əliyevin məmurları övladlarına dəbdəbəli, təmtəraqlı toy etməsini sərt tənqid etməsi ərəfəsinə düşmüşdür. Ancaq buna baxmayaraq Hikmət Kərimov toya Rumıniyanı “Eurovision-2012” müsabiqəsində təmsil edən “Mandinga” qrupunu qətizdirir.
Onu da qeyd edək ki, cənab Eldar Həsənov ölkəmizin Rumıniyadakı elçiliyi vəzifəsndən azad ediləndən sonra Elşən Bağırov da “SOKAR”dakı tutduğu vəzifədən qovulub.

Ardı var, bizi izləyin…
Gələn yazımızın qəhrəmanlarından biri də Həmzə Kərimovun qardaşı Tural Kərimov olacaq..
1-ci hissədə biz oxuculara söz vermişdik ki,2-ci yazıda Julian Berezko ilə onun həyət yoldaşı Dorina Berezko barədə yazı verəcəyik. Ancaq Elşən Bağırov haqda ilginc məlumatların oxucularda daha böyük maraq kəsb etdiyini nəzərə alaraq Berezko ailəsini yazımızın 3-cü hissəsinə saxladıq. Amma həmin ailə cütlüyünün fotolarını sizlərə bu yazıda təqdim edirik. Çoxsaylı oxucuların istəyini nəzərə alaraq gələn yazımızın qəhrəmanlarından biri Tural Kərimovun fotolarını da sizlərə təqdim edirik.
Rasimoğlu
Qafqaznews.az