BolgeXeber.Com » Gündəm » 22 may aksiyasina görə iki gənc tutulub

22 may aksiyasina görə iki gənc tutulub

23-05-2011, 15:55
Oxunub: 5 434 Emin Fərhadi 8, Cəmil Hacıyev isə 7 sutka həbs cəzası alıblar

Xəbər verildiyi kimi, mayın 22-də bir qrup gənc Bulvarda aksiya keçirmişdi. 2 aprel mitinqində həbs olunanların azadlığa buraxılması tələbi ilə keçirilən aksiya zamanı gənclərdən bir neçəsi saxlanılmışdı. Onlardan bir neçəsi dünən azad edilsə də, iki fəal polisə aparılmışdı.

Bolgexeber.com bildirir ki, saxlanılan gənclərdən Emin Fərhadi və Cəmil Hacıyev bu gün məhkəmə qarşısına çıxarılıb. Bəyim Həsənlinin sosial şəbəkədə yaydığı məlumatda deyilir ki, məhkəmənin qərarı ilə Emin Fərhadi 8, Cəmil Hacıyev isə 7 sutka həbs cəzası alıblar.