BolgeXeber.Com » Şou-Biznes » Müğənni qolundakı çox bahalı saatını canlı efirdə aparıcıya hədiyyə edib

Müğənni qolundakı çox bahalı saatını canlı efirdə aparıcıya hədiyyə edib

13-08-2013, 15:25
Oxunub: 4 533 Space” telekanalının “Etiraf” verilişində tanınmış müğənni Cavanşir Məmmədov verilişin aparıcısına canlı efirdə çox bahalı hədiyyə verib. Müğənni canlı efirdə öz qolundakı çox bahalı brilliant qaşlarla bəzədilmiş, altı ölkənin saatını göstərən qızıl saatı çıxararaq aparıcı İlham Mirzəyevə hədiyyə edib. Verilişdən sonra aparıcı İlham Mirzəyev ans press-ə açıqlamasında belə bahalı hədiyyəni qəbul etməsinin səbəbini açıqlayıb

“Mən elə bahalı hədiyəni qəbul etmək istəmirdim. Cavanşir Məmmədov israr edincə, canlı yayımda onun sözünü yerə sala bilmədim. Hədiyyəsinə görə təşəkkür edirəm ona», - deyə İ.Mirzəyev bildirib