BolgeXeber.Com » Media » Baş redaktorun övladlarının ölüm hadisəsi nə səbəbdən obyektiv araşdırılmır?

Baş redaktorun övladlarının ölüm hadisəsi nə səbəbdən obyektiv araşdırılmır?

16-08-2013, 15:45
Oxunub: 4 422 Məlum olduğu kimi 07 oktyabır 2011-ci ildə Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində 2 azyaşlı övladı yandırılaraq öldürülmüşdür. Vasif Turanın İki azyaşlı övladlarının faciəvi şəkildə həlak olması nəinki hüquqa və qanuna, insanlığa sığmayan bir cinayətdir. Açılan cinayət işinin 3 ilə yaxın yubadılması istər baş redaktorun özündə, istərsə də ictimayyətədə birmənalı qarşılanmır. İşi aparan müstəntiqlər isə daha çox susmağa üstünlük verirlər. Əlbəttə ,qeyd etmək lazımdır ki,bu sıradan bir hadisə deyil.Ortada iki azyaşlı uşağın müəmmalı şəkildə yanaraq ölməsi faktı var.
Bu nəinki bir valideyn kimi baş redaktor,həmçinin hər bir normal insan üçün ağrılı bir hadisədir.Buna görə də cinayət işindən 3 ilə yaxındır müddət keçməsinə baxmayaraq hadisənin istintaq orqanları tərəfindən hələ də dəqiq araşdırılmaması narahatçılıq doğurmaya bilməz. Bu cinayətin üstü açılmayınca və günahkarlar layiqli cəzasın almayınca dövlət öz vətəndaşının təhlükəsizliyindən danışa bilməz. Xüsusilə qeyd etmək lazımdır ki, iki azyaşlı uşağın faciəvi ölümü ilə nəticələnən bir olay, hansı əsasla Baş Təhqiqat və İstintaq idarəsində araşdırılması məntiqə uyğundur.
Təhqiqat zamanı zərərçəkmiş tərəfin tələb və vəsadətləri təmin edilməmiş, eskumasiya məsələsi təhqiqatı narahat etdiyindən qətiyyətlə rədd edilməsi, ekspertiza zamanı ekspertin qarşısında qoyulan suallar birbaşa hadisənin sıradan bir qəza kimi dəyərləndirilməsinə hesablanması Vasif Turana və onun ailəsinə qarşı, peşə fəaliyyəti ilə əlaqədar törədilmiş cinayətin üstünün ört-basdır edilməsindən başqa bir şey deyil.

Bu cür faciəvi hadisə əslində hər bir kəsin başına gələ bilər.Bu baxımdan nəinki təkcə jurnalistlər ,bütün cəmiyyət baş redaktorun övldlarının başına gətirilən bu cinayətə laqeyd qalmamalıdır.Açıq-aydın sezilir ki,hadisə ilə bağlı istintaq bilərəkdən obyektiv aparılmamışdır.Hesab edirəm bu məsələnin açılmamasında maraqlı olan insanlar var. Əgər buna oxşar hadisə yüksək vəzifəli məmurun başına gətirilsə idi ,cinayətkar bir-iki günə tapılardı.İndi kriminalistika elmi dünyada elə inkişaf edib ki, hətta 100 il əvvəl baş vermiş adi bir cinayət hadisəsini detallarınacan müəyyən etmək olur.Bu baxımdan hadisənin əsl səbəbinin aşılmaması istintaq orqanlarının peşəkarlığının bizdə aşağı olmasından yox, cinayətkarı tapmaq istəyinin olmamsından irəli gəlir.
Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Tia.az-a açıqlamasında bildirmişdir ki, hadisə ilə bağlı araşdırmada istintaq orqanları birmənalı olaraq obyektiv olmayıblar.Ən acınacaqlı məqamlardan biri ondan ibarətdir ki, olayı araşdırıb gərəkən hüquqi qiyməti verməli olan qurumlar sanki suçlu imiş kimi davranırlar,ki, bu da onsuz da baş verən olaydan acı nəsibini almış həmkarımız Vasif Turanı daha da sarsıdır
Baş redaktor bildirib ki, baş verənlərdən dolayı xarici təşkilatlara üz tutmağı qərara alıb. O deyib ki, artıq bir sıra beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşır və yaxın günlərdə onların nümayəndələri ilə görüşmək üçün çalışacaq. «İndiyə qədər məlum hadisə ilə bağlı tələblərim yerinə yetirilməyib. Nə istintaq obyektiv aparılıb, nə də olay düzgün şəkildə araşdırılıb. Belə olan təqdirdə beynəlxalq təşkilatlara üz tutaraq, onlardan kömək istəmək məcburiyyətində qalmışam».

Vasif Turan daha sonra Tia.az –a bildirib ki, istintaqın obyektiv aparılmaması və uşaqlarına qəsd etmiş cinayətkarların hələ də həbs olunmamasına etiraz əlaməti olaraq daha bir neçə addım atmaq barədə düşünür. «Hələlik beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşıram. Onların da köməyi olmasa, ardından digər addımlar atacam. Atacağım addımlarla bağlı isə yaxın günlərdə məlumat verəcəm».
Rəsmi orqanlar faciənin əsəs səbəbi kimi qısaqapanmanı göstərirlər.Ancaq qısaqapanmanın nədən yaranması sualı indiyəcən açıq olaraq qalıb.Bundan başqa 9,11 yaşlı sağlam,özü də idmançı uşaqların yanğın zamanı demək olar ki,hər yeri açıq olan evdən çıxıb, özlərini xilas edə bilməməsi istər -istəməz istintaqın nəticələrinə böyük şübhə yaradır. Baş vermiş hadisə dəfələrlə mətbuatda işıqlansa da,bununla bağlı mətbuat konfransı keçirilsə də ,dövlət qurumlarına ,ölkə başçısına dəfələrlə müraciət edilsə də indiyəcən ortada ,hadisə ilə bağlı obyektiv rəsmi nəticə yoxdur.
“İki övladımı itirən ata kimi,bir jurnalist kimi mənə maraqlıdır ki,nəyə görə 3 ilə yaxın bir müddət keçməsinə baxmayaraq hadisənin əsl səbəbi müəyyən olunmayıb.Təbii ki,hadisə öz obyektiv həllini tapmayınca mən rahat ola bilmərəm.Mən bu məsələnin axırına çıxmasam,ən azından iki əziz övladımın ruhu məni bağışlamaz”-,illərdir övlad acısı yaşayan baş redaktor Vasif Turan bildirib.
Tia.az