BolgeXeber.Com » Şou-Biznes » Eurovision-2012” müsabiqəsinin keçiriləcəyi tarixlər məlum olub

Eurovision-2012” müsabiqəsinin keçiriləcəyi tarixlər məlum olub

24-05-2011, 17:10
Oxunub: 5 311
57-ci “Eurovision” müsabiqəsinin yarımfinalları mayın 22-si və 24, finalı isə 26-da baş tutacaq

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi tarixlər açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən Bolgexeber.com-a verilən məlumatda bilidirlib ki, Bakıda keçiriləcək 57-ci “Eurovision” müsabiqəsi mayın 22-si, 24-ü və 26-da keçiriləcək. Mayın 22-də müsabiqənin I yarımfinalı, 24-də II yarımfinalı, mayın 26-da isə müsabiqənin final mərhələsi baş tutacaq. Məlumatda o da bildirilib ki, hazırda müsabiqənin keçirilməsinə hazırlıq prosesi davam edir.