BolgeXeber.Com » Media » "Unikal"la "Texnikabank" arasinda məhkəmə savaşi başladi

"Unikal"la "Texnikabank" arasinda məhkəmə savaşi başladi

25-05-2011, 16:05
Oxunub: 5 236 [hr]Baş redaktor bank rəhbərindən 1 (bir) manat təzminat tələb edir

"Unikal"qəzetinin baş redaktoru Asəf Rzayev "Texnikabank"ASC -ni məhkəməyə verib. Qeyd edək ki, bir müddət öncə A.M.A.Y. və "Texnikabank" ASC arasında problemlər yaranmışdı və bununla bağlı dövri mətbuatda kifayət qədər informasiyalar yayılmış, o cümlədən "Unikal" qəzetində də məqalə dərc olunmuşdu. Bundan sonra "Texnikabank" ASC-nin rəhbərliyi Mətbuat Şurasına məktub ünvanlayaraq "Unikal"a qarşı bir sıra iddialar qaldırıb.

Mətbuat Şurasının müşayiət məktubu ilə "Unikal" qəzetinə göndərilən həmin iddialar redaksiyada araşdırılıb və məlum olub ki, bank rəhbərliyinin şikayət ərizəsində qəzetin baş redaktoruna və kollektivinə qarşı açıq təhqirlərə yol verilib. Məhz bundan sonra "Unikal" qəzeti "Texnikabank" ASC-ni məhkəməyə vermək qərarına gəlib.

Bununla bağlı "Unikal"ın baş redaktoru Asəf Rzayev bizimlə söhbətində bildiridi ki, bu gün Prezident İlham Əliyevin söz azadlığının qorunması, medianın inkişafı ilə bağlı verdiyi qərarların əksinə olaraq bəzi iş adamları, məmurlar mediaya basqılarını davam etdirməkdə, hətta təhqir etməkdədirlər. A.Rzayev konkret olaraq "Texnikabank" ASC ilə bağlı bunları bildirb: ""Texnikabank"ASC İdarə Heyəti sədrinin göndərdiyi müraciətdə bizə qarşı aşağıdakı iddialar səsləndirilib:

- "A.M.A.Y" şirkətinin rəhbərliyi, yəni cinayətkarlar "Unikal" qəzeti tərəfindən məqsədli şəkildə dəstəklənir;

- "Unikal"qəzetinin baş redaktoru Asəf Rzayevin Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsiplərini pozduğu hamıya məlumdur;

-"Unikal" qəzeti reket qəzet olduğundan adı qara siyahıya salınıb;

- "Unikal"qəzetinin baş redaktoru qəzetdə şou yaradır və maddi maraqları onun peşə prinsiplərindən üstündür;

- "Unikal"qəzetinin baş redaktoru "Texnikabank"ASC-nin prezidenti E.Əliyevi şantaj etmək niyyəti ilə qəzet saylarını poçt vasitəsilə göndərərək ona hədə-qorxu gəlir".

Biz isə öz tərəfimizdən bəyan edirik ki, bunların hamısı iftira və böhtandır. Bu səbəbdən də "Texnikabank"ASC ilə bağlı məhkəməyə müraciət etmişik".

İstəyirik ki, "Texnikabank" ASC ilk növbədə məhkəmədə bu məsələləri AYDINlıq qətirsin:

1. "Unikal" qəzeti reket qəzetdirsə və adı "qara siyahı"ya salınıbsa, həmin siyahını bizə təqdim etsin.

2. "Unikal"qəzeti baş redaktorunun qəzetdə hansı şou yaratdığını və maddi maraqlarını peşə prinsiplərindən üstün tutduğunu, eləcə də Asəf Rzayevin hər hansı fiziki və hüquqi şəxsdən hər hansı bir sifarişli məlumatı götürüb dərc etdiyini və bunun əvəzində pul aldığını sübut etsin.

3. "Unikal"qəzetinin baş redaktoru "Texnikabank"ASC-nin prezidenti E.Əliyevi şantaj etmək niyyəti ilə qəzət saylarını poçt vasitəsilə göndərərək ona hədə-qorxu gəlibsə, bunu təsdiq edən poçt ştempellərini göstərsin və həmin qəzetlərin "Unikal"tərəfindən göndərildiyini sübut etsin.

Sonda bunu da qeyd edək ki, baş redaktor təzminat olaraq "Texnikabank"dan 1 (bir) manat tələb etdiyini bildirdi