BolgeXeber.Com » Gündəm » Azərbaycanda iki rüşvətxor hakim işini itirib

Azərbaycanda iki rüşvətxor hakim işini itirib

25-05-2011, 17:15
Oxunub: 5 952
Məhkəmə-Hüquq Şurasının iclasında məhkəmələrdən olan şikayətlərə baxılıb

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.Qaynar.info-nun Şuranın saytına istinadən verdiyi məlumata görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın Korrupsiyaya qarşı mübarizə Sektorunun məlumatı dinlənilib. Qeyd edilib ki, ölkə Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətində korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqlarına əsasən Məhkəmə-Hüquq Şurası tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol veridiklərinə görə təkcə son aylar ərzində 2 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, habelə 7 hakim barədə intizam icraatları başlanılıb.

İclasda həmçinin, vətəndaşlardan Məhkəmə-Hüquq Şurasına daxil olan müraciətlər təhlil edilib, əsas narazılıq doğuran hallar və onların aradan qaldırılması üzrə əlavə tədbirlər müzakirə olunub.

Eyni zamanda, iclasda qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə 1 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 1 nəfərin isə barəsində intizam icraatının başlanılması qərara alınıb.