BolgeXeber.Com » Media » Evi yandırılan sayt rəhbəri hələ də evsizdir...

Evi yandırılan sayt rəhbəri hələ də evsizdir...

28-08-2013, 09:55
Oxunub: 5 925 “Mənzillərin bölgüsü ədalətlə aparılmayıb”
Bildiyiniz kimi iyulun 22-də Milli Mətbuat Günü münasibətilə Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən evin açarları paylandı. Bu bölgü jurnalistlər arasında narazılığa səbəb oldu. Əsas da baş redaktorlara və evi olan jurnalistlərə verilən evlər...

Mətbuat Şurasının jurnalistlər üçün nəzərdə tutulmuş mənzilləri paylaşdırdıqdan sonra məlum oldu ki, onların arasında bir neçə evi olanlarla yanaşı, başqalarının haqqını tapdamış və yemiş «jurnalistlər» də var.Ev alanların siyahısında yalnız 25-30 nəfərin adı var.

Şübhəsiz, bu gün onun bir çoxlarının yaltaqlanıb aldığı evlər əslində digərlərinin olmalıydı. Çünki bu haqq onlara məxsus idi. Bəs evi, hətta vilları ,bahalı maşınınları olan bir çox ev alan əslində kimlərin haqqını yeyib?
- İbrahim Bayandurlu. Bir neçə il bundan öncə qəfil ürək tutmasından dünyasını dəyişib. Ailəsi hələ də kirayə evlərdə yaşayır.
- Şahin Aağabəyli. «Milli Yol» qəzetinin mərhum baş redaktoru. Təsadüfi bir qəzanın qurbanı olub. Həyat yoldaşı və bir oğlu bu gün çətinliklər içində yaşayır. Evləri belə yoxdur.

- Vasif Turan. Bolgexeber.com saytının rəhbəri. Bir neçə il bundan evi yandırılıb və iki uşağı yanğın nəticəsində tələf olub. Bu gün körpə uşağı ilə çətinlik içində kirayələrdə yaşayır.
- Röya Rəfiyevə. «Yeni Müsavat» qəzetinin əməkdaşı kimi çalışır. On illərdir uşaqları ilə birlikdə zirzəmidə yaşayır. Bir neçə dəfə siçovullar uşağının qulağını belə dişləyiblər.
- Aygün Muradxanlı. «Yeni Müsavat» qəzetinin əməkdaşı. Uzun illərdir iki uşağı ilə kirayələrdə yaşayır.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva siyahıdakı adlara baxanda onların əvəzinə utandığını söyləyir: “Siyahıda Bəhruz Quliyevin, Rəşad Məcidin adı var. Hansı ki, Rəşad Məcidin evi yox, evləri var. “Qafqazinfo”dan Elbrus Ərudun, evi olan digər jurnalistlərin adlarını gördüm. İş orasıdır ki, mənzillərinin olmaması ilə bağlı BT-dən arayış alıb bu insanlar.

Bu arayışı necə aldıqlarını deyə bilmərəm. Ancaq hansısa yolla həmin siyahıya düşüblər. 156 evdən heç 50-si evsiz jurnalistlərə çatmayıb. Elə qocaman jurnalistlər var ki, onların bir neçə evləri var. Çox ayıb, ayıb ki, onlar jurnalistlərin adına tikilən və lüks olmayan evə belə iddia edirlər. Hansısa bir jurnalistin isə başının üstündə çətir boyda bir damı belə yoxdur. Onlar isə evləri qoşa-qoşa alırlar”.

Jurnalistlər layihəni ədalətsiz hesab edir. Cəmiyyətdə ayrı-seçkilik yaratdığını söyləyirlər. “Var.az” saytının baş redaktoru Aynur Elgünəş 16 ildir jurnalistikadadır. Elə 16 ildir ki, kirayədə qalır. Ancaq ilk gündən bu layihəyə qoşulmadığını söyləyir.

Bolgexeber.com saytının rəhbəri Vasif TuranTia.az-a açıqlamasında bildirdi ki,mənzillərin bölgüsü ədalətlə aparılmayıb.Buna səbəb onun kimi evə ehtiyacı olan əksər jurnalistlərin adlarının mənzil alanların siyahısında olmaması,əvəzində siyahıda ,ümumiyyətlə jurnalistikaya aidiyyatı az olan adamların və evə qətiyyən ehtiyacı olmayan bir çox şəxslərin adlarının olmasıdır.

”Mən neçə illərdir aktiv olaraq mətbuatda çalışıram və evim yanması səbəbindən evsiz qaldığım üçün mənzil almaq üçün Mətbuat Şurasına ,müvafiq dövlət qurumlarına müraciət etmişdim.Ancaq gördüyünüz kimi bunların heç bir nəticəsi olmadı”,-baş redaktor bildirdi.

Xatırladaq ki, 07 oktyabır 2011-ci ildə Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində 2 azyaşlı övladı , 9 və 11 yaşlı oğlanları yandırılaraq öldürülmüşdür. İki azyaşlı övladlarının faciəvi şəkildə həlak olması nəinki hüquqa və qanuna, insanlığa sığmayan bir cinayətdir. Qeyd edək ki, həmin cinayət işindən 3 ilə yaxındır müddət keçməsinə baxmayaraq hadisə istintaq orqanları tərəfindən hələ də dəqiq araşdırılmayıb. Xatırladaq ki,evi yanıb külə dönməsi səbəbindən baş redaktor artıq 3 ilə yaxındır evsizdir və kirədə yaşayır.