Sertar Ortacın oxuduğu hansı Azərbaycan mahnısı qəzəblə qarşılanıb?
30-05-2011, 16:40
Oxunub: 6 897
Türkiyənin məşhur müğənnisi Sərdar Ortac növbəti dəfə Azərbaycan musiqisinə müraciət edib.
Bolgexeber.com Day.Az saytına istinadən verdiyi məlumata görə, bu dəfə o,Elsevər Göyçaylının «Dəstəyi qoyma yerə» mahnısını ifa edib.
Sərdar Ortacın bu ifası onun bir sıra azərbaycanlı həmkarlarının narazılığına səbəb olub. Azərbaycanın xalq artisti Ağacəbrayıl Abbasəliyev «ATV magazin» verilişinə açıqlamasında deyib: «Düşünürəm ki, Azrəbaycanın əməkdar artisti Balaoğlan Əşrəfovun mahnısını ifa etdikdən sonra bu qədər «aşağı düşməsi» Sərdar Ortaca utanc gətirməlidir. O, hətta adını çəkmək belə, istəmədiyim müğənninin mahnısını oxuyur. Sərdar Ortacın bu mahnını şedevr adlandırması məni əsəbləşdirib. Daha bu müğənnini tanımaq belə istəmirəm».
Məsələyə xalq artisti Flora Kərimova da münasibət bildirib: «Düşünürəm ki, Sərdar Ortacın heç bir günahı yoxdur. İndi insanların zövqü korlanıb. Əvvəllər müğənnilər istedadlı idi. İndisə əlində mikrofon tutmağı bacaran hər kəs oxuyur. Belə şəxslərin mahnıları isə daha populyardır. Mən artıq heç nəyə təəssüflənmirəm. İstəyirsə, qoy oxusun».
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə