BolgeXeber.Com » Şou-Biznes » Faiq Şadlını infarkt vurdu

Faiq Şadlını infarkt vurdu

1-06-2011, 02:40
Oxunub: 15 029
Tanınmış futbol fanatı, yumor aktyoru Faiq Şadlını infarkt vurdu

Tanınmış futbol fanatı və bir çox televiziya kanallarindan tanidığımız yumor aktyoru olan Faiq Şadlı bugün saat 16-00 radələrində yaşadığı Sumqayıt şəhərində küçədə gəzərkən və bir çoxlarının dediklərinə əsasən akyor və klounluq sənətinin reklamına görə buklet çıxartmağ üçün mətbəəyə gedərkən qəflətən huşunu itirərək yerə yıxılıb. Bu məlumatı Bolgexeber.com-a aktyorun yaxınları məlumat veriblər

Onun sözlərinə görə ətrafdakı, əhali bunun bir kamera zarafatı və yaxud gizli zarafat çəklişinin oluğunu fikirləşərək hadisəyə önəm verməyiblər. Lakin bir müddət keçəndən sonra bir neçə insan Şadlıya yaxınlaşaraq işin ciddi oldugunu və həqiqətəndə səhhətində problem olduğunu hiss ediblər.

Dərhal xəstəxanaya yerləşdirilən aktyor Faiq Şadlıya həkimlərin rəyi nəticəsində mirkoinfarkt diaqnozu verilib.

Son zamanlar fikirli və dərdli görünən Şadlı öz problemini heç kimlə bölüşmək istəməsədə, deylənlərə görə sosial şəratinin çətin olması ilə əlaqədar gecələrdə belə yuxusulugdan əziyyət çəkirdi.

Dərhal Sumqayıt şəhər xəstaxanası ilə əlaqə saxlayaraq Faiq Şadlı ilə görüşmək bizə nəsib oldu. Danışa bilməyən Şadlı yalnız əl hərəkətləri ilə fikrini bildiridi.
Doğmalarından biri: Faiq, son zamanlar maddi problemlərindən danışırdı və kasıb olduğu üçün körpə övladlarının yanında xəcalət çəkdiyini dəfələrlə dilə gətirmişdi.
Son zamanlar Faiq əvvəllər olduğu kimi heç kimlə zarafatlarda belə etmirdi, kefini soruşanda isə kasıbçılıqı dilə gətirərək, həyatından şikayət edirdi...
Əldə etdiyimiz son məlumatlara əsasən sabah Şadlı qohum-əğrabalarının köməyi sayəsində İran İslam Respubilkasına müalicə üçün aparılacaq.
ALLAH Şəfa versin!!!
Arzu edirik ki, yenə gülərüz, yenə şirin məzəli söhbətlərin və parodiaların ilə bizləri güldürəsən...