BolgeXeber.Com » Analitika » Lənkəranın icra başçısından və onun adamlarının özbaşnalığından ölkə başçısına müraciət

Lənkəranın icra başçısından və onun adamlarının özbaşnalığından ölkə başçısına müraciət

3-09-2013, 14:55
Oxunub: 8 361 “Biz araşdırma apardıq və məlum oldu ki, mənə zəng edib məni təhdid edən şəxs Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşıdır”
Xatırladaq ki, dünən, Bolgexeber.com-un baş redaktoru Vasif Turanın əməkdaşımıza bildirdiyinə görə Bolgexeber.com saytında “Lənkəranda camaata ölü heyvan əti yedizdirilir?” adlı məqalə dərc olunmuşdur və özünü Hacı Valeh kimi təqdim edən şəxs 070 200 73 77 mobil nömrəsindən baş redaktora zəng edərək həmin məqaləyə kəskin reaksiya vermişdir. Belə ki, o Lənkəranın icra hakimiyyətinin gördüyü müsbət işlərdən danışmış və belə yazıların icra başçısının imicinə kölgə salmasını bildirmişdir.

Sonda özünü Kürdəmir sakini kimi qələmə verən Hacı Valeh “sabahları övladınız maşının altında qalanda deməyin ki, günahkar bizik” deyə bildirib. Təhdidlə bağlı Bolgexeber.com araşdırma aparılacağını və lazım olarsa bu ciddi hədə-qorxu ilə müvafiq orqanlara xəbər verəcəyini qeyd etmişdir. Sözügedən məsələ ilə bağlı Bolgexeber.com-un baş redaktoru Vasif Turan bu gün Qafqaznews.az-a açıqlamasında bunları bildirib:

“Biz araşdırma apardıq və məlum oldu ki, mənə zəng edib məni təhdid edən şəxs Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşıdır. Kürdəmir rayon icra hakimiyyəti ilə əlaqə saxlayaraq müəyyən etdik ki,bu şəxs Kürdəmir rayonunun Suvarma İdarəsinin rəis vəzifəsində işləyir.Bunu necə başa düşmək olar?! Mən bilmək istəyirəm ki,mənə qarşı edilən təhdidlərin arxasında kimi durur?!

Mən bundan əvvəl Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun və onun adamlarının mənə qarşı etdiyi özbaşnalıqlar ilə ilə bağlı ölkə başsına və dövlət qurumlarına müraciət edəcəyimi bildirmişdim.
Təhdid ilə bağlı mən artıq bu gün ölkə başçısına ,Daxili İşlər Nazirliyinə,Baş Prokurorluğa müraciət etmişəm və inanıram ki,müvafiq qurumlar məsələni obyektiv araşdıraraq günahkarı cəzalandıracaq”.

Xatırladaq ki,baş redaktor tənqidi yazılarına görə əvvəllər də təhdidlərə,və çoxsaylı təyziqlərə məruz qalıb. Belə ki, 07 oktyabır 2011-ci ildə Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində 2 azyaşlı övladı , 9 və 11 yaşlı oğlanları çox şübhəli şəkildə yanaraq ölmüşdür. Qeyd edək ki, həmin cinayət işindən 3 ilə yaxındır müddət keçməsinə baxmayaraq hadisə istintaq orqanları tərəfindən hələ də dəqiq araşdırılmayıb. Xatırladaq ki,evi yanıb külə dönməsi səbəbindən baş redaktor artıq 3 ilə yaxındır evsizdir və kirədə yaşayır.