BolgeXeber.Com » Media » “Gündəlik Azərbaycan” qayıdır

“Gündəlik Azərbaycan” qayıdır

1-06-2011, 13:00
Oxunub: 4 248 Eynulla Fətullayev “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin nəşrini bərpa etmək qərarı verib.

Bu sözləri Eynulla Fətullayev “Yeni Müsavat”a müsahibəsində deyib. O bildirib ki, hələlik qəzetin nəşr tarixini müəyyənləşdirməyiblər: “Bilirsiniz, biz bu yolu Şahvələd Çobanoğlu ilə gəlmişik və gəlməkdə də davam edirik. Mən onunla da məsləhətləşməli və onun da fikrini bilməliydim. Artıq biz dünən onunla bir yerdə oturub məsləhətləşdik və qərara gəldik ki, fəaliyyətimizə start verək”.