BolgeXeber.Com » Fotoqalereya » Prezident İlham Əliyev Yardımlıda bir sıra obyektlərin açılışında iştirak edib

Prezident İlham Əliyev Yardımlıda bir sıra obyektlərin açılışında iştirak edib

5-09-2013, 10:20
Oxunub: 8 401 Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 4-də cənub bölgəsinə səfəri çərçivəsində Yardımlı rayonunda olub

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.Dövlət başçısı həmçinin Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə, Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının yeni inzibati binasının və yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev Yardımlıya səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.